ELS Müstəqil Araşdırmalar Mərkəzi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsi Xəzər rayonunun Qala kəndindəki Ekoloji Parka səfər turu təşkil edib. Beynəlxalq Sülh Gününün qeyd olunması məqsədilə təşkil olunan səfər turunda Bakı şəhərinin 1 və 2 saylı uşaq evlərinin şagirdləri, UNESCO, UNİCEF, Ekologiya və Təbii Sərvətlər, Təhsil, Mədəniyyət və Turizm Nazirlikləri nümayəndələri də iştirak ediblər. İlk olaraq Ekoloji Park haqqında şagirdlərə ətraflı məlumat verilib. Parkla tanışlıqdan sonra isə ağac əkmə mərasimi keçirilib. Şagirdlər parkın əvvəlcədən hazırlanmış ərazisində 30-a yaxın müxtəlif növ ağac əkiblər. Daha sonra tədbir parkda fəaliyyət göstərən “Eko-Mərkəz”in akt zalında davam etdirilib. Davamı
Ekoloji Parkda Beynəlxalq Sülh Günü qeyd olunub
24.09.2011



