AŞ PA Monitorinq Komitəsinin üzvü: “Azərbaycanda keçiriləcək referenduma müsbət yanaşıram”

“Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı martın 18-də keçiriləcək referendum pozitiv xarakter daşıyır”. Bu açıqlamanı AŞ PA Monitorinq Komitəsinin üzvü, britaniyalı deputat Maykl Henkok verib.

“Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı martın 18-də keçiriləcək referendum pozitiv xarakter daşıyır”. Bu açıqlamanı AŞ PA Monitorinq Komitəsinin üzvü, britaniyalı deputat Maykl Henkok verib.

Onun sözlərinə görə, bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qadağa qoyulması demokratiya anlayışının məhdudlaşdırılması deməkdir: “Demokratiya – hər bi şəxsin prezident seçilməsi hüququnun mövcud olması deməkdir və bu kimi məhdudiyyətlərin tətbiqi düzgün deyil. Böyük Britaniyada Marqaret Tetçer, Toni Bleyer üç dəfədən artıq baş nazir seçilib. Hesab edirəm ki, demokratiya qanunlarına görə, hər kəs eyni hüquqa malik olmalıdır. Hər bir Azərbaycan vətəndaşı prezidentliyə namizəd ola bilər, bu hüquq məhdudlaşdıran zaman demokratiya da məhdudlaşmış olur. Bu baxımdan keçirilən referenduma pozitiv yanaşıram”. Maykl Henkok bildirib ki, seçim hüququ xalqa məxsusdur: “Ümidvaram ki, bu seçim Azərbaycan və demokratiya üçün doğru seçim olacaq. Azərbaycanda müxalifətin zəif olması hakimiyyətin deyil, elə müxalifətin özünün problemidir”.

Mənbə: www.apa.az

6.03.2009