AŞ PA-nın müşahidə missiyası Azərbaycandakı referendumu izləyəcək

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) müşahidə missiyası martın 18-də Azərbaycanda keçiriləcək referendumu izləyəcək. Bu açıqlamasında Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. O bildirib ki, hazırda missiyanın tərkibi formalaşmaqdadır: “Missiya üzvlərinin sayı 7-9 nəfər olacaq. Qrupa böyük ehtimalla belçikalı deputat Pol Villi başçılıq edəcək”.

Mənbə: www.apa.az

6.03.2009