MSK bir təşəbbüs qrupunu qeydə alıb, digərini isə qeydə almaqdan imtina edib

Mərkəzi Seçki Komissiyası martın 18-də keçiriləcək referendumla bağlı yaradılan “Abad kənd” Təşəbbüs Qrupunu təşviqat qrupu kimi qeydə almaqdan imtina edib. APA-nın xəbərinə görə, MSK katibi Natiq Məmmədov deyib ki, Təşviqat Qrupu quruma 43250 imza təqdim edib. Onlardan 38 min 730-u etibarlı, 4541-i isə etibarsız hesab olunub. MSK katibi deyib ki, etibarsız sayılan imzalar əsasən şəxsiyyət vəsiqələrində məlumatların qeyri-dəqiq olması və s. məqamlarla bağlı olub. Seçki Məcəlləsinə əsasən Təşəbbüs Qrupunu Təşviqat Qrupu kimi qeydə almaq üçün 40 min imza tələb olunduğunu xatırladan N. Məmmədov deyib ki, etibarlı imzaların sayı az olduğu üçün “Abad kənd” Təşəbbüs Qrupu qeydə alınmayıb.

MSK həmçinin referendumla bağlı yaradılan “Tərəqqi” Təşəbbüs Qrupunu Təşviqat Qrupu kimi qeydə alınıb. N. Məmmədovun sözlərinə görə, bu təşəbbüs qrupu adından MSK-ya 44 min imza təqdim olunub. Onlardan 41 min 553-ü etibarlı, 2447-si isə etibarsız sayılıb.

Mənbə: www.apa.az

31.01.2009