AŞPA Azərbaycana müşahidəçilər göndərəcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosunun dünən keçirilən iclasında Azərbaycanda keçiriləcək referenduma qurumun müşahidəçilərinin göndərilməsi barədə qərar qəbul edilib. “Azərbaycanda keçiriləcək referenduma az vaxt qaldığından, bununla bağlı Avropa Şurasının hər hansı xüsusi toplantısı olmayacaq. Büro qərara gəlib ki, böyük tərkibdə müşahidə missiyasına ehtiyac yoxdur, lakin Avropa Şurasının 10-a yaxın deputatı referendumu müşahidə edəcək” – deyə “Trend News”a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Səməd Seyidov bildirib: “Azərbaycan tərəfi heç vaxt Venesiya Komissiyasına qarşı çıxmayıb. Komissiyanın ekspertləri ilə məsləhətləşməliyik. Ancaq bu, Azərbaycan xalqının iradəsinə aid olan bir məsələdir və xalq martın 18-də fikrini və mövqeyini bildirəcək”.

Mənbə: www.apa.az

31.01.2009