«ELS» Müstəqil Araşdırmalar Mərkəzi 2-5 oktyabr tarixlərində Goranboy, Gəncə, Göygöl, Gədəbəy, Şəmkir, Qazax, Ağstafa və Tovuz rayonlarında seçkiyə düşən məntəqələrdə «Exit-poll» keçirəcək intervüer və supervayzerlər üçün treninq keçirib. Treninqin ikinci mərhələsində təşkil olunan təlim oktyabrın 2-də Goranboy və Gəncədə reallaşdırılıb. Burada intervüer və supervayzerlərə yenidən tədqiqatın məqsəd və vəzifləri barədə məlumat verilib. Təlimçilər tərəfindən «Exit-poll» tədqiqatı ilə bağlı yeniliklər onların diqqət çatdırılıb. Təlim prosesində intervüer və supervayzerlərlə tədqiqatın aparılması işi təcrübədən keçirilib. Təlim iştirakçılarının seçki günü qarşılaşacaqları problemləri aradan qaldırmaq imkanlarna dair söhbətlər aparılıb. İntervüer və supervayzerlərin suaları cavablandırılıb. Davamı
Qərb bölgəsində treninqlərin ikinci mərhələsi başa çatıb
9.10.2008



