«ELS» Müstəqil Araşdırmalar Mərkəzi «Quick-count» tədqiqatı ilə bağlı treninqlərə başlayıb. Oktaybrın 11-də prezident seçkilərində «Quick-count» tədqiqatı aparacaq 6 müşahidəçi bu məqsədlə təlimlərdə iştirak edib. Təlim prosesində iştirakçılara təqiqatın mahiyyəti haqqında ətraflı məlumat verilib. Sonra isə təlimçi tərəfindən «Quick-count» tədqiqatının keçirilmə üsul və vasitələrindən danışıb. Həmçinin seçki günü tədqiqatı reallaşdıracaq müşahidəçilərə onların funksiya və vəzifələrinin nədən ibarət olması barədə məlumat verilib. Treninqin sonunda müşahidəçiləri maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb. Davamı
«Quick-count» tədqiqatı ilə bağlı müşahidəçilər treninqlərə cəlb olunub
11.10.2008


