«ELS» Müstəqil Araşdırmalar Mərkəzi Bakıda və Abşeron rayonunda treninq keçirib

b5«ELS» Müstəqil Araşdırmalar Mərkəzi sentyabrın 12-dən 16-dək Bakıda və Abşeron rayonunda prezident seçkisi günü dairə və məntəqələrdə «Exit-poll» keçirəcək intervüer və supervayzerlər  treninqlərə cəlb olunub. Ayrı-ayrı vaxtlarda keçirilən təlimlərdə Bakının Yasamal, Səbail, Binəqədi, Sabunçu, Nizami, Nəsimi, Əzizbəyov və Nərimanov rayonunda seçki günü məntəqələrdə «exitpoll» keçirəcək şəxslər işitrak edib. Bu təlimlərdə intervüer və supervayzerlərə funksiya və vəzifələri izah edilib. Eyni zamanda iştirakçılar seçki günü «Exit-poll» zamanı istifadə olunacaq müvafiq sənədlərlə tanış olublar. Onlara bu sənədlərin doldurulma qaydaları haqqında ətraflı məlumatlandırılıblar. Təlimlərin sonunda iştirakçıları maraqlandıran sualları təlimçilər cavablandırıblar.

Abşeron rayonunda da seçkiyə düşən məntəqələr üzrə «Exit-poll» keçirəcək intervüer və supervayzerlər üçün treninq təşkil olunub. Burada təlim iştirakçıları öz vəzifələrinin nədən ibarət olması haqqında informasiya əldə ediblər. «Exit-poll» zamanı qarşılaşacaqları problemlərin aradan qaldırılması ilə bağlı təlimçi ətraflı məlumat verib və prosesin həyata keçirilməsi zamanı istifadə olunacaq sənədlər iştirakçıların diqqətinə çatdırılıb. Təlimin sonunda intervüer və supervayzerləri maraqlandıran suallar cavablandırılıb. Bakıda və Abşeron rayonunda keçirilən təlimlər zamanı yaranan problemlərlə bağlı yerli koordinatorlara məlumat verilib.

Qeyd edək ki, «ELS» Müstəqil Araşdırmalar Mərkəzinin təlimçiləri Mehriban Məlikova, Əbülfət Hacızadə, Elçin Salmanov və İnarə Mehdiyeva Bakıda və Abşeron rayonunda təşkil olunan treninqləri idarə ediblər.

17.09.2008