“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 1180 seçki məntəqəsində “exit poll” keçirəcək

İradə_Yaqubova_TrendBu gün “ELS” Müstəqil Araşdırmalar Mərkəzi Trend İnformasiya Agentliyinin dəstəyi ilə Milli Məclisə noyabrın 1-ə təyin edilən seçkilərdə “exit poll” keçirməsi ilə bağlı mətbuat konfransı keçirib. Trend-in məlumatına görə, Mərkəzin sədri İradə Yaqubova rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və “exit poll” keçirməsi qaydaları barədə ətraflı məlumat verib. O bildirib ki, Mərkəzin “exit poll” keçirmək sahəsində geniş təcrübəsi var: “Bizim təşkilatımız 2008-ci ildən bəri keçirilən bütün seçkilərində “exit poll” keçirib”.

İ.Yaqubova qeyd edib ki, Mərkəz 118 dairə üzrə 1180 seçki məntəqəsində “exit poll” keçirəcək…

Mərkəz sədri bildirib ki, hazırda “exit poll” keçirəcək kadrların təlimləri başa çatıb və sabahdan etibarən rayonlara müvafiq sənədlərin və ləvazimatların göndərilməsi başlayacaq. İ.Yaqubovanın sözlərinə görə, bu dəfəki “exit poll”un keçirilməsində 2600-ə qədər kadr cəlb olunacaq və onlar könüllülük prinsipləri ilə fəaliyyət göstərirlər.

27.10.2015