Bölmə: Slide

ATƏT müşahidə missiyasının rəhbəri: “Biz seçki polisi deyilik, seçkilərin nəticəsi ilə maraqlanmırıq”

“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) fevralın sonunda Azərbaycana səfər edən ehtiyacların qiymətləndirilməsi missiyasının hesabatından sonra seçkiləri müşahidə etmək barədə qərar verib. Biz şadıq ki, Azərbaycandan müşahidə ilə bağlı dəvəti vaxtında almışıq”. APA-nın məlumatına görə, bu sözləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda prezident seçkilərini izləyəcək müşahidə missiyasının rəhbəri, xanım Koryen Yonker Bakıda keçirdiyi mətbuat konfransında deyib. K. Yonkerin sözlərinə görə, bu onlara seçkidən əvvəlki prosedurları da izləmək imkanı verir. Davamı

9.03.2018

MSK sədri prezidentliyə namizədlik vəsiqəsini İlham Əliyevə təqdim edib

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasını sədri Məzahir Pənahov prezidentliyə namizədlik vəsiqəsini İlham Əliyevə təqdim edib. APA-nın məlumatına görə, M. Pənahov 2018-ci il aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı qeydə alınmış ilk namizəd kimi İlham Əliyevə təbriklərini çatdırıb və namizədlik vəsiqəsini ona təqdim edib. Davamı

5.03.2018

Açıq Hökumətin təşviqi iə bağlı sorğunun nəticələri açıqlandı

“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi 2017-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sifarişi ilə Azərbaycan Respublikasının Prezidentinin 27 aprel 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycanda Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində “Açıq hökumət və korrupsiyanın qarşısının alınması üzrə tədbirlərin icra vəziyyəti və qiymətləndirilməsi ilə bağlı ixtisaslaşmış sorğuların, araşdırmaların keçirilməsi və nəticələrinin elan edilməsi” layihəsini həyata keçirmişdir. Davamı

24.01.2018

ELS ekspress rəy sorğusu keçirdi

“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi 2018-ci il prezident seçkiləri ərəfəsində ölkədəki mövcud ictimai-siyasi durumun qiymətləndirilməsi, seçici fəallığı, aktual məsələlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi məqsədilə 2017-ci ilin noyabr-dekabr aylarında ölkənin 68 rayonunda (Naxçıvan MR-nın ərazisi və işğal olunmuş rayonlar istisna olmaqla) sosioloji tədqiqat keçirib. Tədqiqat çərçivəsində 18 və bundan yuxarı yaşlı 4560 respondentin rəy sorğusu aparılıb. FOTOQALEREYA  Davamı

20.12.2017

ELS layihəsini uğurla davam etdirir

Resize of IMG_2456Bu dəfə “İlk peşə təhsili və müasir cəmiyyət: problemlər və perspektivlər” mövzusu ictimaiyyətin müzakirəsinə çıxarıldı

İyunun 23-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinin təbliğində vətəndaş cəmiyyətinin iştirakının gücləndirilməsi” layihəsi çərçivəsində “İlk peşə təhsili və müasir cəmiyyət: problemlər və perspektivlər” mövzusunda Beynəlxalq Mətbuat Mərkəzində dəyirmi masa təşkil etmişdir. FOTOQALEREYA Davamı

23.06.2017