ELS ekspress rəy sorğusu keçirdi

“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi 2018-ci il prezident seçkiləri ərəfəsində ölkədəki mövcud ictimai-siyasi durumun qiymətləndirilməsi, seçici fəallığı, aktual məsələlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi məqsədilə 2017-ci ilin noyabr-dekabr aylarında ölkənin 68 rayonunda (Naxçıvan MR-nın ərazisi və işğal olunmuş rayonlar istisna olmaqla) sosioloji tədqiqat keçirib. Tədqiqat çərçivəsində 18 və bundan yuxarı yaşlı 4560 respondentin rəy sorğusu aparılıb. FOTOQALEREYA 

Təqdim olunan tədqiqat ekspress rəy sorğusu şəklində keçirilmişdir. Tədqiqat respondentlərin evlərində şəxsi müsahibə üsulu ilə (face to face) keçirilən rəy sorğusu formasında aparılmışdır.  Press-reliz

20.12.2017