“ELS” intervüer və supervayzerlər üçün təlimlər keçirir

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin 2018-ci il Prezident seçkilərində “Ekzit-poll” (“Exit-poll”) tədqiqatı ilə bağlı “Ambassador Hotel”də Bakı, Sumqayıt və Abşeronda sorğu aparacaq könüllülər üçün martın 30-da başladığı təlimləri davam edir.

FOTOQALEREYA

Mərkəzin rəhbəri İradə Yaqubova tədqiqatın metodikası, seçki günü intervüer və supervayzerlərin funksiyaları, iş rejimi və sənədlərlə işləmə, o cümlədən anketlərin doldurulması qaydalarını ətraflı izah edib, sonra təlim iştirakçılarının suallarını cavablandırıb.

31.03.2018