Martın 18-də Azərbaycanda keçiriləcək referendumu izləmək üçün bu günə qədər 18 min 795 müşahidəçi seçki komissiyalarında qeydiyyatdan keçib. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, müraciət edənlərin əksəriyyəti müşahidəçi vəsiqəsi ilə təmin edilib. MSK sədri heç bir müşahidəçiyə mənfi cavab verilmədiyini, əksinə müşahidəçilərin sayının çox olmasında maraqlı olduqlarını qeyd edib. M. Pənahov bildirib ki, Müşahidəçilərin 966-sı MSK-da, 17 min 795-i isə Dairə Seçki Komissiyalarında qeydə alınıb. Davamı
Bölmə: Layihələr
18 mart referendumu ilə bağlı “Mövcud tərəflərin seçkilərdə rolu” mövzusunda silsilə tədbirlər keçiriləcək
Azərbaycanda martın 18-də keçiriləcək referendumla bağlı “Mövcud tərəflərin seçkilərdə rolu” mövzusunda silsilə tədbirlər keçiriləcək. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindəndaxil olan məlumata görə, tədbir MSK, Prezident Aparatı və ATƏT-in birgə təşkilatçılığı ilə keçiriləcək. İlk tədbir sabah Bakıda baş tutacaq. Burada Prezident Aparatının müvafiq şöbələrinin nümayəndələri, yerli icra hakimiyyəti orqanlarını rəhbərləri, Dairə Seçki Komissiyalarının sədrləri iştirak edəcək. Daha sonra isə Gəncə, Şirvan və digər bölgələrdə də eyni mövzuda dəyirmi masa təşkil olunacaq. Davamı
“Yeni Azərbaycan” referendum üzrə Təşviqat Qrupunun təmsilçiləri Qazax rayonunda görüşlər keçirib
Azərbaycanda martın 18-də keçiriləcək referendumla bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində “Yeni Azərbaycan” referendum üzrə Təşviqat Qrupunun təmsilçiləri Qazax rayonunda görüşlər keçirib. Təşviqat Qrupundan verilən məlumata görə, görüşlər Qazax şəhərində, rayonun Kosalar və Çaylı kəndlərində baş tutub. Tədbirlərdə Yeni Azərbaycan Partiyasının Qazax şəhər təşkilatının sədri Həmid Pənahov, “Yeni Azərbaycan” referendum üzrə Təşviqat Qrupunun vəkili, millət vəkili Nizami Cəfərov, “Vətəndaş cəmiyyəti” referendum üzrə Təşviqat Qrupunun vəkili, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Vətəndaş cəmiyyəti” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Gənc Yazarlar Birliyinin sədri Əkbər Yolçuyev çıxış ediblər. Çıxışlarda Konstitusiyaya əlavə və dəyişikliklərin dövlətin bu sahədə üzərinə düşən vəzifələri daha da konkretləşdirmək məqsədi daşıdığı bildirilib.
Mənbə: www.apa.az Davamı
Azərbaycanda keçiriləcək referendumu izləmək üçün Norveçdən nümayəndə heyətinin gələcəyi gözlənilir
“Azərbaycanda gedən bütün siyasi hadisələri müşahidə etdiyimiz kimi, təbii ki, referendumun gedişini də müşahidə edəcəyik”. Bunu açıqlamasında Norveçin Azərbaycandakı səfiri Yon Ramberq deyib. O bildirib ki, müşahidənin hansı formada aparılacağı hələ dəqiq bəlli deyil: “Həmin vaxt mən Azərbaycanda olmayacağam. Amma təbii ki, səfirlik bu prosesin gedişini müşahidə edəcək. Ola bilsin ki, Norveçdən nümayəndə heyəti də gəlsin. Amma bu, hələ dəqiq deyil. Çünki bu barədə qərar qəbul edilməlidir”. Səfirin sözlərinə görə, Azərbaycana gəlişi gözlənilən nümayəndə heyətinin qeyri-hökumətin təşkilatlarının təmsilçilərindən ibarət olacağı
“Yol hərəkətini təhlükəsiz necə etmək olar?” mövzusunda Dəyirmi Masa
Respublikamızda son illər ərzində sayı kəskin artmış nəqliyyat vasitələrinin demək olar ki, yarısı Bakı şəhərində qeydiyyata alınmışdır. Əgər rəsmi 296 min maşına regionlarda qeydiyyatda olan lakin sahiblərinin ya Bakıda yaşayan və yaxud işləyən maşınlanrı da əlavə etsək daha yüksək rəqəmi əldə edərik. Belə şəraitdə yol hərəkətinin və piyada hərəkatının j cümlədən dəqiq təşkili tələb olunur. Rəsmi məlumatlar əsasında belə qənaətə gəlmək olar ki, yol hərəkətinin təşkili bu gün haqlı iradlara səbəb olur. Son 10 ildə ölkə yollarında 25438 yol-nəqliyyat hadisəsində (YNH) 7946 nəfər həlak olmuş, 29002 nəfər isə yaralanmışdır. Beləliklə YNH-da 37 minə yaxın insan zərər çəkmişdir ki, bu da sayına görə bir şəhərin əhalisi ilə müqayisə oluna bilər. Nəzərə alsaq ki, bu rəqəmlər rəsmi qeydiyyata alınan hadisələr əsasında alınıb, reallıqda bu rəqəmlərin daha da yüksək olduğunu demək olar. Özü də YNH-rin təxminən yarısı Bakıda baş verir. Davamı


