“Yol hərəkətini təhlükəsiz necə etmək olar?” mövzusunda Dəyirmi Masa

1602Respublikamızda son illər ərzində sayı kəskin artmış nəqliyyat vasitələrinin demək olar ki, yarısı Bakı şəhərində qeydiyyata alınmışdır. Əgər rəsmi 296 min maşına regionlarda qeydiyyatda olan lakin sahiblərinin ya Bakıda yaşayan və yaxud işləyən maşınlanrı da əlavə etsək daha yüksək rəqəmi əldə edərik. Belə şəraitdə yol hərəkətinin və piyada hərəkatının j cümlədən dəqiq təşkili tələb olunur. Rəsmi məlumatlar əsasında belə qənaətə gəlmək olar ki, yol hərəkətinin təşkili bu gün haqlı iradlara səbəb olur. Son 10 ildə ölkə yollarında 25438 yol-nəqliyyat hadisəsində (YNH) 7946 nəfər həlak olmuş, 29002 nəfər isə yaralanmışdır. Beləliklə YNH-da 37 minə yaxın insan zərər çəkmişdir ki, bu da sayına görə bir şəhərin əhalisi ilə müqayisə oluna bilər. Nəzərə alsaq ki, bu rəqəmlər rəsmi qeydiyyata alınan hadisələr əsasında alınıb, reallıqda bu rəqəmlərin daha da yüksək olduğunu demək olar. Özü də YNH-rin təxminən yarısı Bakıda baş verir.

Respublikamızda son illər ərzində sayı kəskin artmış nəqliyyat vasitələrinin demək olar ki, yarısı Bakı şəhərində qeydiyyata alınmışdır. Əgər rəsmi 296 min maşına regionlarda qeydiyyatda olan lakin sahiblərinin ya Bakıda yaşayan və yaxud işləyən maşınlanrı da əlavə etsək daha yüksək rəqəmi əldə edərik. Belə şəraitdə yol hərəkətinin və piyada hərəkatının j cümlədən dəqiq təşkili tələb olunur. Rəsmi məlumatlar əsasında belə qənaətə gəlmək olar ki, yol hərəkətinin təşkili bu gün haqlı iradlara səbəb olur. Son 10 ildə ölkə yollarında 25438 yol-nəqliyyat hadisəsində (YNH) 7946 nəfər həlak olmuş, 29002 nəfər isə yaralanmışdır. Beləliklə YNH-da 37 minə yaxın insan zərər çəkmişdir ki, bu da sayına görə bir şəhərin əhalisi ilə müqayisə oluna bilər. Nəzərə alsaq ki, bu rəqəmlər rəsmi qeydiyyata alınan hadisələr əsasında alınıb, reallıqda bu rəqəmlərin daha da yüksək olduğunu demək olar. Özü də YNH-rin təxminən yarısı Bakıda baş verir.

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi Bakıda piyada hərəkətinin təşkilinin monitorinqini kecirmişdir. Monitorinq zamanı xeyli miqdarda nöqsanlar, həm yolların, həm də yol infrastrukturunun mövcud yol hərəkət qaydalarına (YHQ) uyğun olmaması müəyyən edilmişdir ki, buna görə də müvafiq dövlət strukturları  cavabdehlik  daşıyırlar.

Keçirtmə imkanları tükənmiş və beynəlxalq standartlara uyğun olmayan Bakı yollarının çoxunda gərgin vəziyyət bu gün həm də insan faktoru ilə ağırlaşır. Çox vaxt yollarda baş verən yol-nəqliyyat hadisələrinin səbəbkarları YHQ-na riayət etməyən sürücülər və piyadalar olur. Ən dəhşətlisi isə odur ki, yol hərəkətinin iştiraklarının hamısında yaşından asılı olmayaraq yollarda hərəkət qaydaları barədə müəyyən anlayışlar formalaşıb. Yaşa dolmuş insanlar hər yerdə YHQ-ni pozub, öz həyatlarını tahlükə altında qoyaraq, boyüyən nəslə pis örnək olur və onların istədikləri kimi hərəkət edə bilməkləri ruhunda tərbiyə edirlər. Yalnız 2006-cı il ərzində ölkə yollarında yol-nəqliyyat hadisələrində 16 yaşadək 65 uşaq həlak olub. 214 uşaq isə yaralanmışdır.

Buna görə də biz Bakının intensiv avtomobil axını olan küçələrində yerləşən orta məktəblərin müəllim və şagirdləri ilə adi çəkilən problemləri Dəyirmi Masalar arxasında müzakirə etmək və onların diqqətini yol hərakəti qaydalarına riayət etməyin vacibliyinə cəlb etmək qararına gəldik. Dəyirmi Masa istirakçılarının suallarına Bakı şəhəri Dövlət Yol Polisi idarəsinin nümayəndəsi, təhlükəsiz hərəkətin təbliğatı və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov cavab verirdi.

160, 8 və 134 saylı məktəblərdə keçirilmiş Dəyirmi Masalarda məktəblilər ilk növbədə sürücülərin yol hərəkəti qaydalarına riayət etməmələri məsələlərini qaldırmışlar. Bu ilk növbədə dərslərin keşirilməsinə mane edən səs siqnallarının verilməsi; məktəbin girişində dayanmaqla piyadaların keçidini çətinləşdirən maşınlar; məktəbin yanında «Diqqət, uşaqlar!» işarələrinin olmaması; sürücülərin piyada «zebra» keçidinə məhəl qoymaması; maşını idarə edərkən Mobil telefonla sürücülərin danışması; sükan arxasında cavan (17-18 yaşında) təcrübəsiz sürücülərin rast gəlməsi və s. Usaqları maraqlandıran məsələ adı çəkilən problemləri aradan götürmək üçün DYP tərəfindən real addımların hansı səbəbdən atılmaması idi.

Bir də səsdən başqa nəqliyyatın intensiv sıx axını havanı teste qazları ilə çirkləndirərək usaqların saglamlığına neqativ təsir göstərir. Buna görə də nəqliyyat axınını azaltmaq üçün onların bir hissəsini başqa küçələrə yönəltmək məsələsi təklif edildi. Bundan əlavə məktəblilərin piyada keçidindən keçmak üçün lazımi şəraitin yaradılması məqsədilə sürücüləri sürəti azaltmağa məcbur edən “uzanmış polis”-in tətbiqi zəruri hesab edildi.

Yollarda asayəşın qorunmasını tımin etmık üçün daha sərt cəzaların olması məqsədauyğun hesab edildi.

«ELS» Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri.

No Images found.

24.02.2009