Bu gün hər növ malların saxlanılması, daşınması üçün ən çox istifadə edilən və qiymətinə görə əlverişli olan polietilen paketlərdir. Eyni zamanda paketlər məlumat daşıyıcısı qismində reklam üçün geniş istifadə edilir. Lakin yaraşıqlı, parlaq və istifadə üçün rahat olan paketlər qısa müddətdən sonra zibillikləri bəzəyərək məişət tullantıların parçalanmasına bir neçə yüz il tələb olunan bir hissəsinə çevrilir. Davamı
Bölmə: Layihələr
“ELS” MAM-ın Nəqliyyat Nazirliyinə müraciəti
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi dəmir yolu nəqliyyatında sərnişindaşınmanın təkmilləşdirilməsi məqsədi ilə keçirdiyi araşdırmaların nəticələri ictimaiyyətə təqdim olunmuşdur. Ictimai müzakirələr nəticəsində qatarlarda qadınların ayrıca səfər etmələri üçün şəraitin yaradılması ilə bağlı müraciət tərtib olunmuşdur. 42 QHT təmsilçilərinin imza atdığı müraciət Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə müvafiq məktubla təqdim edilmişdir.
Müraciətlə tanış olmaq üçün mətni buradan yükləyə bilərsiniz:
Kupe/Neqliyyat Nazirliyine muraciet.pdf Davamı
“Tullantıların idarə edilməsində mövcud vəziyyət və perspektivlər” mövzusunda konfrans keçilmişdir
16 aprel 2010-cu il tarixində Hyatt Regency otelində 2010-cu il – Ekologiya ili çərçivəsində “Tullantıların idarə edilməsində mövcud vəziyyət və perspektivlər” mövzusunda İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə konfrans keçirilmişdir. Davamı
“Alternativ və bərpa olunan enerji, enerji səmərəliliyinə dair siyasət və qanunvericilik” mövzusunda Dəyirmi Masa keçirilmişdir
17 mart 2010-cu il tarixində “Caspian Plaza” ofis mərkəzinin konfrans zalında Bərpa olunan Enerji üzrə İctimai Vəkillik Koalisiyası tərəfindən “Alternativ və Bərpa olunana enerji, enerji səmərəliliyi sahəsində siyasət və qanunvericiliyin” təkmilləşdirilməsi üzrə təkliflərin müzakirəsinə həsr olunmuş Dəyirmi Masa keçirilmişdir. Dəyirmi masada Milli Məclisin Təbii ehtiyatlar, Energetika və Ekologiya Daimi Komitəsinin, Milli Məclis Aparatının, Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa olunan Enerji mənbələrindən istifadə üzrə Dövlət Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin, Azərenerji QSC-nin, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri iştirak etmişlər. Davamı
Qadınlar üçün ayrıca kupelər təşkil edilməlidir
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi dəmir yolunda sərnişin daşıma sisteminin təkmilləşdirilməsini təklif edir.
Hər gün ictimai nəqliyyat dünyada yüz minlərlə sərnişinə mənzil başına çatmağa imkan yaradır. Bu zaman sərnişinlərin təhlükəsiz və rahat hərəkətinin təşkilinə çox böyük diqqət yetirilir. Məhz bu məqsədlə son illərdə bir çox ölkədə sərnişinlərin cinsindən asılı olaraq onların kupelərdə ayrı yerləşdirilməsi tətbiq edilir. Belə ki, Rusiyada dəmir yolunda sərnişinlər üçün daha rahat şəraitin yaradılması məqsədi ilə on ilə yaxın müddətdə ayrı “kişi” və “qadın” kupeləri təşkil olunan qatarlar hərəkət edir. Analoji qatarlar Ukrayna və Belorusda da tətbiq olunur. Sərnişinlərin cinslərinə müvafiq olaraq ayrı-ayrı yerləşdirilmə sxemləri xeyli vaxtdır ki, Qərbi və Mərkəzi Avropa ölkələrində müvəffəqiyyətlə işlənilir. Burada nəinki “kişi” və “qadın” kupeləri, hətta “kişi” və “qadın” vaqonları təşkil olunur. KİV Davamı


