“Seçkilər” Media Mərkəzi – Dünyada demokratik idarəetmə sisteminin əsas atributlarından sayılan seçkilərin şəffaflığını təmin etmək, ictimai rəyin sözügedən prosesə münasibətini öyrənmək üçün “exit-poll” adlandırılan tədqiqat növündən istifadə edilir. Azərbaycanda da 2003-cü ildən başlayaraq prezident, parlament və bələdiyyə seçkilərində, o cümlədən referendumda “exit-poll” keçirilir. “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova “exit-poll”un mahiyyəti, məqsədi, seçicilərin bu sorğuya münasibəti və digər məsələlərlə bağlı “Seçki-2015.az” saytına müsahibə verib.
– İradə xanım, dünyada, eləcə də Azərbaycanda keçirilən seçkilərdə “exit-poll” tədqiqatı aparılır. Bu tədqiqatın mahiyyəti nədən ibarətdir? Davamı

ELS Müstəqil Araşdırmalar Mərkəzi parlament seçkiləri günü 118 seçki dairəsinin 1180 seçki məntəqəsində “exit-poll” keçirəcək. “Report”un məlumatına görə, mərkəzin sədri İradə Yaqubova oktyabrın 27-də keçirdiyi mətbuat konfransında deyib ki, rəhbərlik etdiyi qurum 2008-ci ildən bütün seçkilərdə fəal iştirak edir: “ELS Müstəqil Araşdırmalar Mərkəzi 2006-cı ildən fəaliyyət göstərir, 2007-ci ildən dövlət qeydiyyatına alınıb. Bu müddət ərzində bütün seçkilərdə iştirak etmişik. Xeyli təcrübə qazanmışıq, fəaliyyətimizi təkmilləşdirmişik”.
Bu gün “ELS” Müstəqil Araşdırmalar Mərkəzi Trend İnformasiya Agentliyinin dəstəyi ilə Milli Məclisə noyabrın 1-ə təyin edilən seçkilərdə “exit poll” keçirməsi ilə bağlı mətbuat konfransı keçirib. Trend-in məlumatına görə, Mərkəzin sədri İradə Yaqubova rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və “exit poll” keçirməsi qaydaları barədə ətraflı məlumat verib. O bildirib ki, Mərkəzin “exit poll” keçirmək sahəsində geniş təcrübəsi var: “Bizim təşkilatımız 2008-ci ildən bəri keçirilən bütün seçkilərində “exit poll” keçirib”.
Bu gün “ELS” Müstəqil Araşdırmalar Mərkəzi noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərində “exit poll”-la bağlı mətbuat konfransı keçirib.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi müəyyənləşdirdiyi qrafik üzrə regionlarda 2015-ci il Parlament seçkiləri zamanı “Ekzit-poll” tədqiqatını həyata keçirəcək supervayzer və intervüerlər üçün təlimləri davam etdirir. Bu dəfə Mərkəzin mütəxəssisləri Beyləqan-Fizuli rayonlarının seçki məntəqələrinin çıxışında işləyəcək supervayzer və intervüerlər üçün treninqlər keçiriblər. Oktyabrın 26-da təşkil olunan təlimlərdə supervayzer və intervüerlərə tədqiqat müddətində həyata keçirəcəkləri işlər, o cümlədən tədqiqatın qaydalarına uyğun atacaqları addımlar, sorgu və anket vərəqələri barədə məlumat verilib… 
