“ELS” Müstəqil Araşdırmalar Mərkəzi müəyyənləşdirdiyi qrafik üzrə Bakı, Abşeron və Sumqayıtın seçki məntəqələrində 2015-ci il Parlament seçkiləri zamanı “Ekzit-poll” tədqiqatını həyata keçirəcək supervayzer və intervüerlər üçün təlimləri başa vurdu. Təlimlərin son günü, oktyabrın 18-də təlimlərdə Sumqayıt şəhəri, Xəzər, Pirallahı, Qaradağ, Sabunçu, Səbail və Nizami rayonlarında işləyəcək supervayzer və intervüerlər iştirak edib.
Xatırladaq ki, treninqlər oktyabrın 15-18-i Bakı, Abşeron, Sumqayıt, oktyabrın 17-26-ı Naxçıvan istisna olunmaqla, Azərbaycanın bütün regionlarında keçirilir. “Ekzit-poll” tədqiqatı noyabrın 1-də Azərbaycanın 118 dairəsi üzrə 1180 seçki məntəqəsində keçiriləcəkdir… FOTOQALEREYA Davamı

Oktyabrın 17-də Suraxanı, Nəsimi, Nərimanov və Xızı rayonları ərazisindəki seçki məntəqələrində 2015-ci il Parlament seçkiləri zamanı “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “Ekzit-poll” tədqiqatını aparacaq supervayzer və intervüerlər üçün treninqlər keçirilib. Treninqlər zamanı təlimçilər “Ekzit-poll”un kecirilmə qaydalarına dair ətraflı məlumat verib, tədqiqat zamanı istifadə olunacaq ləvazimatlar, o cümlədən anket və sorğu vərəqələrinin formalarını nümayiş etdiriblər.
“Oktyabrın 16-də “Ambassador Hotel”-də ELS” Müstəqil Araşdırmalar Mərkəzinin 2015-cü il Parlament seçkilərində keçiriləcək “Ekzit-poll” (“Exit-poll”) tədqiqatı ilə bağlı Bakının Binəqədi rayonu ərazisində yerləşən məntəqələrində işləyəcək supervayzer və intervüerlər üçün treninqlər keçirilib.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2015-cü il Parlament seçkilərində keçirəcək “Ekzit-poll” (“Exit-poll”) tədqiqatı ilə bağlı Bakıda treninqlərinə start verib. Oktyabrın 15-də “Ambassador Hotel”-də Yasamal rayonu ərazisində yerləşən məntəqələrində işləyəcək supervayzer və intervüerlər üçün treninlər keçirilmişdir.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2015-ci il Parlament seçkilərində Azərbaycanın 118 dairəsi üzrə 1180 seçki məntəqəsində “Ekzi-poll” (“Çıxışda sorğu”) keçirməyi planlaşdırır. Oktyabrın 7-də qeydiyyat üçün sənədlər paketini Mərkəzi Seçki Komissiyasına təqdim edən Təşkilatda intervüer və supervayzerlərin seçim prosesi artıq başa çatib.
