Bölmə: Milli Məclis seçkiləri 2015 – Ekzitpol

Bərdə, Tərtər, Evlax, Kürdəmir, Ucar rayonlarında treninqlər keçirilib

25.10.2015-BerdeOktyabrın 24-25-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin təlimciləri Bərdə, Tərtər, Evlax, Kürdəmir, Ucar rayonlarında “Ekzit-poll” tədqiqatını həyata keçirəcək supervayzer və intervüerlər üçün treninqlər keçiriblər. Təlimlər zamanı “Ekzit-poll”un keçirilmə qaydaları, tədqiqatda istifadə olunacaq ləvazimatlar, o cümlədən anket və sorğu vərəqələrinin formaları izah olunub.

Qeyd edək ki, ”ELS”-ın təlimçiləri oktyabrın 15-18-i Bakı, Abşeron, Sumqayıt, oktyabrın 17-26-ı Naxçıvan istisna olunmaqla, Azərbaycanın bütün regionlarında treninqlər keçirir. “Ekzit-poll” tədqiqatı noyabrın 1-nə təyin olunmuş Parlament seçkiləri zamanı Azərbaycanın 118 dairəsi üzrə 1180 seçki məntəqəsində keçiriləcək… FOTOQALEREYA Davamı

25.10.2015

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi “exit poll” keçirməyə hazırdır

els“ELS” Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycanda keçiriləcək parlament seçkilərində “exit poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasında  (MSK) akkreditasiya olunub. Bu barədə Secki-2015.az saytına mərkəzin rəhbəri İradə Yaqubova məlumat verib.O bildirib ki, hazırlıq işləri bir neçə ay əvvəl başlayıb və “exit poll” keçirmək üçün artq əməkdaşlar seçilib. Onlar Bakı, Sumqayıt, Abşeron, Xızı və İsmayıllıda treninqlər keçiblər. Rayonlarda isə treninqlər 17-28 oktyabr tarixlərində keçirilir… Davamı

24.10.2015

“ELS” Zaqatalada təlimləri başa çatdırdı

Zaqatala20151024Oktyabrın 24-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin təlimçiləri 2015-ci il Parlament seçkiləri zamanı “Ekzit-poll” tədqiqatına hazırlıq işləri çərçivəsində Zaqatala rayonunda supervayzer və intervüerlər üçün treninqlər keçiriblər. Treninqə könüllülərə “Ekzit-poll”un keçirilmə qaydaları izah olunub, tədqiqatda istifadə olunacaq ləvazimatlar, 12 sualdan ibarət anket və sorğu vərəqələri nümayiş etdirilib. Bundan başqa, “ELS”-ın mütəxəssisləri Zaqatalada “ekzit-poll” tədqiqatının aparılacağı seçki məntəqələrinin monitorinqini da keçiriblər.

Xatirladaq ki, oktyabrın 17-də regionlarda start götürən təlimlər uğurla davam edir və oktyabrın 28-də başa çatmalıdır.“Ekzit-poll” tədqiqatı səsvermə günü ölkənin 118 dairəsi üzrə 1180 seçki məntəqəsində keçiriləcək… FOTOQALEREYA Davamı

24.10.2015

Zərdab-Ağcabədi rayonlarının treninqləri başa çatıb

Zərdab-Ağcəbədi_23.10.2014Oktyabrın 23-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin mütəxəssisləri “Ekzit-poll” tədqiqatına hazırlıq işləri çərçivəsində Zərdab-Ağcabədi supervayzer və intervüerləri üçün təlimlər keçiriblər. Belə ki, “Ekzit-poll”un keçirilmə qaydaları, tədqiqatda istifadə olunacaq ləvazimatlar, anket və sorğu vərəqələri izah edilmişdir. Bundan başqa, “ELS”-ın mütəxəssisləri Zərdab və Ağcabədinin seçki məntəqələrinin monitorinqini aparıblar.

Qeyd edək ki, “Ekzit-poll” tədqiqatı noyabrın 1-nə təyin olunmuş Parlament seçkiləri zamanı Azərbaycanın 118 dairəsi üzrə 1180 seçki məntəqəsində keçiriləcək… FOTOQALEREYA Davamı

23.10.2015

“Ekzit-poll” mütəxəssisləri Şamaxıda təlim keçiriblər

Shamaxi201510232015-ci Parlament seçkiləri zamanı “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “Ekzit-poll” tədqiqatına hazırlıq işləri çərçivəsində oktyabrın 23-də Mərkəzin  təlimçiləri Şamaxıda supervayzer və intervüerlər üçün təlimlər keçiriblər. Treninq zamanı onlara “Ekzit-poll”un keçirilmə qaydaları izah olunub, tədqiqatda istifadə olunacaq ləvazimatlar, anket və sorğu vərəqələri nümayiş etdirilib. Bundan başqa, “ELS”-ın mütəxəssisləri Şamaxıda seçki məntəqələrinin monitorinqini aparıblar.

Qeyd edək ki, hazırda “ELS”-ın nümayəndələri “Ekzit-poll” tədqiqatı ilə bağlı regionlarda təlimlər keçirir. “Ekzit-poll” tədqiqatı noyabrın 1-nə təyin olunmuş Parlament seçkiləri zamanı Azərbaycanın 118 dairəsi üzrə 1180 seçki məntəqəsində keçiriləcək… FOTOQALEREYA Davamı

23.10.2015