Noyabrın 7-də musiqinin insanın şüuruna təsiri, uşaq mahnıları, orta məktəblərdə keçirilən musiqi dərsləri və s. bu kimi aktual məsələlər “ElS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubovanın digər ekspertlərlə birgə iştirak etdiyi İctimai Televiziyanın “Addım-addım” verilişində müzakirə predmeti olmuşdur.
İ.Yaqubova təşkilatın bu istiqamətdə 2011-ci ildən bugünədək apardığı fəaliyyət, həmçinin AR Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” adlı layihəsi çərçivəsində görülən işlər barədə ətraflə məlumat verərək, uşaq musiqisinin tərbiyəvi təsir gücünə malik olduğunu və insanın formalaşmasında aparıcı rol oynadığını vurğulayıb. VİDEO Davamı

Oktyabrın 29-da “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi 2014-cü il mayın 1-dən AR Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” adlı layihəsinin yekun təqdimatını başa çatdırdı.
ELS-ın təqdimatı davam edir
Oktyabrın 22-də Sumqayıt şəhəri Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin 2014-cü il mayın 1-dən AR Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” adlı layihəsinin yekun təqdimatı keçirildi. 
