“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsi çərçivəsində cari ilin noyabrın 25-də keçirdiyi “Uşaq teleefirinin problemləri və perspektivləri” adlı Dəyirmi Masada dövlət başçısına qəbul etdiyi müraciətlər bu gün, dekabrın 4-də Prezident Administrasiyasına təqdim olunmuşdur.
Azərbaycanın tanınmış incəsənət və ictimai xadimləri, o cümlədən Fərhad Bədəlbəyli, Çingiz Abdullayev, Oqtay Zülfüqarov, Gülnaz Abdullazadə, Nazim Kazımov, Minarə Dadaşova, Vahid Əziz, Baba Vəziroğlu və digərlərinin imzaladığı müraciətlərdə uşaqların mədəni-mənəvi tərbiyəsinə dövlət qayğısının artırılmasına ehtiyacın olduğu əsas gətirilərək dövlət başçısından Dövlət Uşaq Televiziyasının açılması, Uşaq Siyasətinə dair Milli Strategiyanın qəbulu və Uşaq mədəniyyəti sahəsində Müstəqil Təşəbbüslərə Dəstək Fondunun yaradılması xahiş olunur.
Dövlət Uşaq Televiziya Kanalının açılmasına dair müraciət
Uşaq mədəniyyəti sahəsində Müstəqil Təşəbbüslərə Dəstək Fondunun yaradılmasına dair müraciət
Uşaq Siyasətinə dair Milli Strategiyanın qəbuluna dair müraciət

Dekabrın 1-də ELS Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycanda keçiriləcək növbəti bələdiyyə seçkilərində exit-poll tədqiqatı aparmaq üçün müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib.
Ötən gün, noyabrın 28-də İctimai Televiziyanın uşaqlar üçün “Addım-addım” verilişində ELS Müstəqil Araşdırmalar Mərkəzinin “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsi çərçivəsində oktyabr ayında keçirdiyi monitorinqin nəticələri müzakirə olunub. ELS-ın rəhbəri İradə Yaqubova və digər ekspertlərin iştirak etdiyi verilişdə bir ay müddətində ölkənin efir məkanında nümayiş olunan uşaq və gənclər proqramlarının monitorinqinin nəticələri, üzə çıxan problemlər, uşaq və yeniyetmələrin dünyagörüşünə, müəyyən maddi və mənəvi dəyərlərin formalaşmasına təsir göstərən amillər və digər məsələlərdən söhbət gedib.
Noyabrın 25-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsi çərçivəsində “Uşaq teleefirinin problemləri və perspektivləri” mövzusunda aidiyyatlı dövlət qurumlarının nümayəndələri, ölkədə fəaliyyət göstərən telekanalların Proqram Departamentlərinin rəhbərləri, tanınmış incəsənət xadimləri, qeyri-hökümət təşkilatları və KİV təmsilçilərinin iştirakı ilə keçirdiyi Dəyirmi Masada Dövlət Uşaq Televiziyasının açılması, Uşaq Siyasətinə dair Milli Strategiyanın qəbulu və Uşaq mədəniyyəti sahəsində Müstəqil Təşəbbüslərə Dəstək Fondunun yaradılması ilə bağlı dövlət başçısında müraciətlər qəbul olunmuşdur. Hazırda imzalanma prosesi gedir.
Noyabrın 25-də Beynəlxalq Mətbuat Mərkəzində “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsi çərçivəsində “Uşaq teleefirinin problemləri və perspektivləri” mövzusunda Dəyirmi Masa keçirilmişdir.
