“ELS” Araşdırmalar Mərkəzi “Vətəndaş cəmiyyətinin formalaşmasında mədəniyyətin strateji rolu” mövzusunda konfrans keçirdi

20.09.2012“Gənc nəslin yetişdirilməsi gələcəyini düşünən hər bir xalq, hər bir dünyavi ölkənin strateji məsələlərindən biri və bəlkə də ən vacibidir”. Bunu sentyabrın 20-də Beynəlxalq Mətbuat Mərkəzində AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Uşaq internet portalı resurslarını inkişaf etdirilməsi” layihəsi çərçivəsində “Vətəndaş cəmiyyətinin formalaşmasında mədəniyyətin strateji rolu” mövzusundatəşkil etdiyi tədbirdə “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova bəyan edib. kiv Müraciət

Son iki il ərzində bu istiqamətdə gördükləri işlər barədə məlumat verən qurum rəhbəri gənc nəslin vətəndaş cəmiyyətinin layiqli üzvü kimi formalaşması sahəsində vəziyyət və problemlərin araşdırıdığını, monitorinq və rəy sorğuları keçirildiyini, dövlət başçısına təkliflərlə 3 müraciətin edildiyini dedi. Bundan başqa, “ELS” Mərkəzi www.meneviservetimiz.az (əlavə ünvan www. educult.az) ünvanında Azərbaycan, rus və ingilis dillərində yaratdığı “Mənəvi Sərvətimiz” adlı Uşaq İnternet Portalında böyüyən nəslin mədəni-mənəvi tərbiyələndirilməsi üçün zəruri olan məlumat bazasını yerləşdirib. İ.Yaqubova sözügedən Portalın yekün prezentasiyasını da tədbir iştirakçılarına təqdim etdi.

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin məsul əməkdaşı Vüqar Səlimov çıxışında dedi ki, Azərbaycan xalqı zəngin və qədim mədəniyyəti ilə dünya xalqları arasında özünəməxsus yer tutur. Dövlət və vətəndaş cəmiyyəti arasında tarazlıq mövcuddur və dövlət hər zaman vətəndaş cəmiyyəti ilə əlaqəli şəkildə mədəniyyət məsələləri ilə bağlı layihələr işləyir və müxtəlif qanunlar qəbul edir. Onun sözlərinə görə, bu gün qeyri-hökümət təşkilatları və vətəndaş cəmiyyətinin digər institutları Azərbaycan mədəniyyətinin inkişafı sahəsində müxtəlif təşəbbüs və layihələrlə çıxış edir.

Millət vəkili Musa Qasımlı Azərbaycanda son illər kitab və mütaliəyə marağın azalmasından və çıxış yolu kimi kitab sərgiləri və yarmarkaların keçirilməsindən, millət vəkili Kаmİlə Əliyeva uşaqlara bir fərd deyil, vətəndaş kimi yanaşmanın vacibliyindən, AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov bu cür layihə və ictimai yanaşmalara dövlətin diqqət və dəstəyindən söhbət açdı. Şair Baba Vəziroğlu, yazıçı Çingiz Əlioğlu, şair Vahid Əziz, rejissor Şeyx Əbdül Mahmudbəyov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni və digərl təkonfrans iştirakçıları layihə və mövzu ətrafında fikirlərilə bölüşdülər.

Qeyd edək ki, Dəyirmi masa Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Milli Məclis, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, uşaq kitabxanaları və digər aidiyyətli rəsmi qurumların təmsilçiləri, görkəmli mədəniyyət və incəsənət xadimləri, habelə yerli QHT-lər, beynəlxalq təşkilatlar və KİV nümayəndələrinin iştirakı ilə keçirilib.

Ümummilli liderimizin sözləri ilə desək, “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir”. Gəlin bunu yaddan çıxarmayaq.

20.09.2012