Bölmə: Siqaret çəkməyə qarşı kampaniya-2007



Rəy sorğusunun ilkin nəticələri

2007-ci ilin mayın 4-dən – 11-dək Bakının orta və ali məktəblərində yuxarı sinif şagird və tələbələr arasında «Gəncləri siqaret çəkmədən necə çəkindirməli?» mövzusunda rəy sorğusu keçirilmişdir. Sorğu anketləri «ELS» Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən tərtib edilmişdir və Mərkəzin könüllüləri tərəfindən aparılmışdır. Sorğu zamanı 600 yuxarı sinif şagirddən, tibb sahəsində təhsil alan və digər sahələrdə ixtisaslaşan (hesabatda «q/tibb» kimi göstərilən) tələbələrdən müsahibə alınmışdır. Sorğunun anonimliyini təmin etmək məqsədi ilə anketlər respondentlər tərəfindən şəxsən doldurulmuşdur.  Davamı
23.07.2008


Aylıq kompaniyaya həsr olunmuş mətbuat konfrası

1705200712007-ci il may ayının 17-də Beynəlxalq Mətbuat Mərkəzində saat 11.00-dan 12.00-dək « ELS » Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Gənclər və İdman Nazirliyi, IREX İnternetin İnkişafı və Təlimi Proqramı (İATP) dəstəyi ilə keçirilən “Sağlamlığına, gələcəyinə, firavanlığına YOX DEMƏ!” kampaniyasının təqdimetmə mərasimi keçirilmişdir.

Beynəlxalq Tütünsüz Günə həsr olunmuş 2007-ci il 1 may tarixindən 31 may tarixədək keçirilən bu kampaniyanın məqsədi sağlam həyat tərzinin təbliği, həyat üçün təhlükəli vərdişlərə alışma səbəblərinin və onlardan azad olma yollarının araşdırılmasına həsr edilmişdir. Davamı

23.07.2008
 

Tələbələrin Birinci Yaradıcılıq Festivalında tütünə qarşı reklam plakatlarının paylanma aksiyası

festival231 may 2007 – ci il tarixində Azərbaycan Respublikası Gənclər və Idman Nazirliyi tərəfindən “Tələbə Baharı” adlı Tələbələrin Ilk Yaradıcılıq Festivalı təşkil olunmuşdur. Həmin festivalda “ELS” Mustəqil Araşdırmalar Mərkəzinin könüllüləri tərəfindən tütünə qarşı plakatların paylanması aksiyası keçirilmişdir. Davamı

23.07.2008


Beynəlxalq tütünsüz gününə həsr olunmuş dəyirmi masa

rountable42007-ci il may ayının 30-da «İrşad» otelinin konfrans-zalında Ümumdünya Səhiyyə Təşkilatının bəyan etdiyi Beynəlxalq Tütünsüz Günə həsr olunmuş Dəyirmi Masa keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, ÜST, UNICEF, IREX-IATP, ictimayi birliklərin nümayəndələri, eləcədə məktəb müəllimləri və psixoloqları, mətbuat və televiziya nümayəndələri iştirak edirdi. Cəmi iştirakçıların sayı 43 nəfər olub. Keçirilmiş aylıq kampaniyaya yekun vurularaq sağlam həyat tərzinin təbliği və siqaret çəkməklə mübarizə istiqamətində gələcəkdə atılan addımlar müzakirə edildi. Tədbir mətbuat və televiziyada geniş işıqlandırılmışdı. Davamı

23.07.2008