Aylıq kompaniyaya həsr olunmuş mətbuat konfrası

1705200712007-ci il may ayının 17-də Beynəlxalq Mətbuat Mərkəzində saat 11.00-dan 12.00-dək « ELS » Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Gənclər və İdman Nazirliyi, IREX İnternetin İnkişafı və Təlimi Proqramı (İATP) dəstəyi ilə keçirilən “Sağlamlığına, gələcəyinə, firavanlığına YOX DEMƏ!” kampaniyasının təqdimetmə mərasimi keçirilmişdir.

Beynəlxalq Tütünsüz Günə həsr olunmuş 2007-ci il 1 may tarixindən 31 may tarixədək keçirilən bu kampaniyanın məqsədi sağlam həyat tərzinin təbliği, həyat üçün təhlükəli vərdişlərə alışma səbəblərinin və onlardan azad olma yollarının araşdırılmasına həsr edilmişdir.

Mətbuat konfransının iştirakçiları Səhiyyə Nazirliyinin nümayəndələri Azad Hacıyev (Hemotologiya və Transfuziologiya Elmi Tədqiqat İnstitutunun direktoru) və Səmayyə Məmmədova (mətbuat xidmətinin rəis müavini), Gənclər və İdman Nazirliyinin nümayəndəsi Nərminə Bağırova (sektor rəhbəri), IREX İnternetin İnkişafı və Təlimi Proqramının (İATP) Azərbaycanda nümayəndələri Botur Qossımov ( IREX / IATP proqramının koordinatoru) və Günel Qurbanova (İATP layihəsinin koordinatoru), « ELS » Müstəgil Araşdırmalar Mərkəzinin nümayəndələri, Ombudsman Aparatının nümayəndəsi Müqalib Maxmudov (baş məsləhətçi), Ümümdünya Səhiyyə Təşkilatının Azərbaycanda koordinatoru Elxan Qasımov və bir çox mətbuat və televiziya nümayəndələri olmuşlar. Ümumiyyətlə konfransda 41 nəfər iştirak edirdi.

Mətbuat konfransı zamanı « ELS » Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova tərəfindən kampaniya çərçivəsində nəzərdə tutulmuş tədbirlər barədə ətraflı məlumat verilmişdir (İnternet-forum, telekörpü, debatlar, rəy sorğuları, tütünə qarşı rlakatların paylanılması aksiyası). Bundan başqa konfrans iştirakçılarına « ELS » MAM-nin könüllüləri tərəfindən «Gəncləri siqaret çəkməkdən necə çəkindirməli?» mövzusunda keçirilmiş rəy sorğularının nəticələri təqdim olunmuşdur. Sorğu nəticələrini şərh edərək, « ELS »-in rəhbəri İradə Yaqubova Kütləvi İnformasiya Vasitələrinin gənclərin təfəkkürünün formalaşmasına olan təsirini xüsusi ilə vurğulamışdır.

Bundan sonra Səhiyyə Nazirliyinin nümayəndəsi Azad Hacıyev və Gənclər və İdman Nazirliyinin nümayəndəsi Nərminə Bağırova tərəfindən davam edən çıxışlarda hər iki Nazirliyin sağlam həyat tərzinin əhali arasında, xüsusi ilə də gənclər arasında təbliğinə olan böyük marağını qeyd etmişlər və bu layihəyə göstərdikləri dəstək formaları barədə məlumat vermişlər.

Konfransda IREX İnternetin İnkişafı və Təlimi Proqramının (İATP) Azərbaycanda nümayəndəsi olan Botur Qossımov çıxış edərək, İATP proqramının Azərbaycanda olan fəaliyyəti və anti-tütün kampaniyaya verdikləri töhfələri barəsində məlumat vermişdir. Bundan başqa, may ayının 4-dən 31-dək İATP-nin saytında http // forum.iatp.net ünvanında fəaliyyət göstərən «Gənclər siqaret çəkmənin lehinə və ya əleyhinə?» adlanan Beynəlxalq İnternet-forum barədəsində ətraflı söhbət açmışdır.

Təqdimetmə mərasimi tütünə qarşı plakatların və layihə çərçivəsində keçirilmiş sorğu əsasında hazırlanan materialların paylanılması ilə nəticələndi.

23.07.2008