Beynəlxalq tütünsüz gününə həsr olunmuş dəyirmi masa

rountable42007-ci il may ayının 30-da «İrşad» otelinin konfrans-zalında Ümumdünya Səhiyyə Təşkilatının bəyan etdiyi Beynəlxalq Tütünsüz Günə həsr olunmuş Dəyirmi Masa keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, ÜST, UNICEF, IREX-IATP, ictimayi birliklərin nümayəndələri, eləcədə məktəb müəllimləri və psixoloqları, mətbuat və televiziya nümayəndələri iştirak edirdi. Cəmi iştirakçıların sayı 43 nəfər olub. Keçirilmiş aylıq kampaniyaya yekun vurularaq sağlam həyat tərzinin təbliği və siqaret çəkməklə mübarizə istiqamətində gələcəkdə atılan addımlar müzakirə edildi. Tədbir mətbuat və televiziyada geniş işıqlandırılmışdı.

23.07.2008