Rəy sorğusunun ilkin nəticələri

2007-ci ilin mayın 4-dən – 11-dək Bakının orta və ali məktəblərində yuxarı sinif şagird və tələbələr arasında «Gəncləri siqaret çəkmədən necə çəkindirməli?» mövzusunda rəy sorğusu keçirilmişdir. Sorğu anketləri «ELS» Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən tərtib edilmişdir və Mərkəzin könüllüləri tərəfindən aparılmışdır. Sorğu zamanı 600 yuxarı sinif şagirddən, tibb sahəsində təhsil alan və digər sahələrdə ixtisaslaşan (hesabatda «q/tibb» kimi göstərilən) tələbələrdən müsahibə alınmışdır. Sorğunun anonimliyini təmin etmək məqsədi ilə anketlər respondentlər tərəfindən şəxsən doldurulmuşdur. 
Sorğunun məqsədi müasir gənclərin siqaret çəkməyə olan münasibəti, bu vərdişə alışmalarının səbəblərinin araşdırılması və çıxış yollarının müəyyən edilməsi olmuşdur. 2007-ci ilin mayın 4-dən – 11-dək Bakının orta və ali məktəblərində yuxarı sinif şagird və tələbələr arasında «Gəncləri siqaret çəkmədən necə çəkindirməli?» mövzusunda rəy sorğusu keçirilmişdir. Sorğu anketləri «ELS» Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən tərtib edilmişdir və Mərkəzin könüllüləri tərəfindən aparılmışdır. Sorğu zamanı 600 yuxarı sinif şagirddən, tibb sahəsində təhsil alan və digər sahələrdə ixtisaslaşan (hesabatda «q/tibb» kimi göstərilən) tələbələrdən müsahibə alınmışdır. Sorğunun anonimliyini təmin etmək məqsədi ilə anketlər respondentlər tərəfindən şəxsən doldurulmuşdur.
Sorğunun məqsədi müasir gənclərin siqaret çəkməyə olan münasibəti, bu vərdişə alışmalarının səbəblərinin araşdırılması və çıxış yollarının müəyyən edilməsi olmuşdur.
Beləliklə, rəyi soruşulanlarının 53,2%-i – oğlanlar, 46,8%-i qızlar olmuşdur. Siqaret çəkməyə münasibətlərini bildirdikdə respondentlərin 17,4%-i müsbət, 57,1%-i isə mənfi yanaşdıqlarını bildirmişlər. 25,4% respondent onlar üçün bu problemin əhəmiyyət kəsb etmədiyini bildirmişlər. Məktəbli və tələbə-respondentlərin cavablarını müqayisə etdikdə tələbələrin daha çox hissəsinin siqaret çəkməyə müsbət yanaşmasını görmək olar (məktəblilər – 7,1%, tələbələr – 22,2%).
Tələbələr arasında bu məsələyə daha ciddi yanaşan gələcək həkimlərdir: tibb – 64,8% mənfi yanaşmışlar, q/tibb – 49%. Çəkənlər və çəkməyənləri müqayisə etdikdə onların yanaşmalarında kəskin fərqi görmək olar: çəkənlər – 53% müsbət, çəkməyənlər – 5,8% müsbət.
Qızlar və qadınların siqaret çəkməsinə münasibəti bildirdikdə bütün qrupların respondentləri mənfi yanaşma bildirmişlər – 70,4%.
Ətrafdakıların sağlamlığına siqaret tüstüsünün təsiri ümumilikdə əsasən mənfi qiymətləndirilmişdir – 81,2%.
Gənclər arasında siqaret çəkmə vərdişinin yayılmasının səbəblərini göstərərkən respondentlər ilk növbədə dostların təsirini göstərmişlər (22,9%), sonra böyük görünmək həvəsi (20,4%), gərginliyi aradan qaldırmaq üçün (16,7%), özündə kişi cürəti hiss etmək həvəsi (14,9%), asudə vaxtında məşğuliyyətin olmaması (10,9%), ailədə siqaret çəkənlərin olması (6%), məhşur insanlara oxşamaq həvəsi (5,4%) və digər səbəbləri qeyd etmişlər.
Siqaret çəkib-çəkməməkləri sualına cavab verərkən respondentlərin 24,9% siqaret çəkdiklərini bildirmişlər. Məktəbli respondentlərin 9,6%-i bu vərdişə alışdıqlarını etiraf etmişlər. Oğlan respondentlərin 39,7%-i, qızların 8,2%-i siqaret çəkir. Onların bu vərdişə alışmalarının əsas səbəbləri: gərginliyi aradan qaldırmaq üçün (26,2%), dostların təsiri (21,5%), asudə vaxtında məşğuliyyətin olmaması (16,8%), məhşur insanlara oxşamaq həvəsi (13%) və digərləri. Siqaret çəkən oğlan və qızların cavablarını müqayisə etdikdə birinci yerdə gərginliyin aradan qaldırılması, ikinci yerdə isə oğlanlarda dostların təsiri (21,3%), qızlarda isə məhşur insanlara oxşamaq həvəsi (27,7%) göstərilmişdir.
Bu vərdişi nədən tərgitməmələri barəsində soruşduqda 33,6% siqaret çəkən respondentlər «özüm istəmirəm», 32,2% – «tərgidə bilmirəm», 34,3% isə – «tərgidəcəyəm» cavabını vermişlər. Ən narahat edici nəticə siqaret çəkən qızların oğlanlara nisbətən daha yüksək sayda «özüm istəmirəm» cavabını vermələridir (32,5% – çəkən oğlandar, 39,1% – çəkən qızlar).
Respondentlər tərəfindən siqaret çəkənlərin sayını azaltmaq üçün müəyyən təkliflər səslənmişdir: siqaret istehsalının azaldılması (18,3%), gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün şəraitin yaradılması (15,4%), siqaretə qarşı ictimai qadağa kompaniyasının aparılması (12,9%), siqareti əvəz edən az nikotinli qida məhsullarının (saqqız) istehsalı (10,4%), siqaret çəkməyin ziyanını göstərən əyani təbliğatın təşkili (9,8%), tədris müəssisələrində siqaretin ziyanı barədə dərslərin keçirilməsi (7%), məhşur insanların iştirakı ilə «Siqaretə Yox Deyək!» aksiyalarının təşkili (5,6%) və digərləri (3,5%). Respondentlərin 13,1%-i siqaret çəkməklə mübarizənin mənasız olduğunu, 4,1%-i isə bunun ümumiyyətlə lazım olmadığını hesab etmişlər. Burada diqqəti cəlb edən siqaret çəkən qızların bu vərdişlə mübarizənin mənasız olduğunu hesab etmələridir. Bu fikri söyləyənlərin sayı digər qruplara nisbətən ən yüksək faiz təşkil edir (38,5%).
Beləliklə, sorğunun ilkin nəticələri bu problemin müasir gənclər üçün çox aktual olduğunu göstərir, onları bu vərdişdən çəkindirmək üçün bütün cəmiyyətin birgə səyi tələb olunur.
“Gəncləri sigaret çekmədən necə çəkindirməli?”mövzusunda rəy sorğusunun ilkin nəticələrin elektron versiyasını buradan yükləyə bilərsiniz.
23.07.2008