Siqaret çəkmək bütün dünyada yayılmış qlobal problemlərdən biridir. Azərbaycanda sağlam həyat tərzinin təbliği sahəsində həyata keçirilən siyasət, ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2003-cü ilin may ayının 21-də siqaretlə mübarizəyə aid Çərçivə Konvensiyasına 2005-ci ilin noyabrın 1-də qoşulması, tütün məmülatlarının reklamına qoyulmuş qadağa bu istiqamətdə müəyyən nailiyyətlərin əldə edilməsinə imkan yaradıb.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, IREX-in İnternetin inkişafı və təlimi Proqramı (IATP) ilə «ELS» Müstəqil Araşdırmalar Mərkəzi (MAM) birgə sağlam həyat tərzinin təbliğatına öz töhfəsini verməyi qərara alıb və ÜST-nın may ayının 31-də elan etdiyi Beynəlxalq Tütünsüz Günə həsr edilmiş «Sağlamlığına, gələcəyinə, firavanlığına YOX DEMƏ!» aylıq kampaniyasına başlayıb. Kampaniya may ayında həyata keçirilir və mayın 31-də yekunlaşacaq. Kampaniyanın məqsədi sağlam həyat tərzinin təbliği, həyat üçün təhlükəli vərdişlərə alışma səbəblərinin və onlardan azad olma yollarının araşdırılmasıdır. Siqaret çəkmək bütün dünyada yayılmış qlobal problemlərdən biridir. Azərbaycanda sağlam həyat tərzinin təbliği sahəsində həyata keçirilən siyasət, ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2003-cü ilin may ayının 21-də siqaretlə mübarizəyə aid Çərçivə Konvensiyasına 2005-ci ilin noyabrın 1-də qoşulması, tütün məmülatlarının reklamına qoyulmuş qadağa bu istiqamətdə müəyyən nailiyyətlərin əldə edilməsinə imkan yaradıb. Davamı →