Ümumdünya Səhiyyə Təşkilatının elan etdiyi Beynəlxalq Tütünsüz Günə həsr olunmuş dəyirmi masanın press-relizi

Siqaret çəkmək bütün dünyada yayılmış qlobal problemlərdən biridir. Azərbaycanda sağlam həyat tərzinin təbliği sahəsində həyata keçirilən siyasət, ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2003-cü ilin may ayının 21-də siqaretlə mübarizəyə aid Çərçivə Konvensiyasına 2005-ci ilin noyabrın 1-də qoşulması, tütün məmülatlarının reklamına qoyulmuş qadağa bu istiqamətdə müəyyən nailiyyətlərin əldə edilməsinə imkan yaradıb.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, IREX-in İnternetin inkişafı və təlimi Proqramı (IATP) ilə «ELS» Müstəqil Araşdırmalar Mərkəzi (MAM) birgə sağlam həyat tərzinin təbliğatına öz töhfəsini verməyi qərara alıb və ÜST-nın may ayının 31-də elan etdiyi Beynəlxalq Tütünsüz Günə həsr edilmiş «Sağlamlığına, gələcəyinə, firavanlığına YOX DEMƏ!» aylıq kampaniyasına başlayıb. Kampaniya may ayında həyata keçirilir və mayın 31-də yekunlaşacaq. Kampaniyanın məqsədi sağlam həyat tərzinin təbliği, həyat üçün təhlükəli vərdişlərə alışma səbəblərinin və onlardan azad olma yollarının araşdırılmasıdır. Siqaret çəkmək bütün dünyada yayılmış qlobal problemlərdən biridir. Azərbaycanda sağlam həyat tərzinin təbliği sahəsində həyata keçirilən siyasət, ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2003-cü ilin may ayının 21-də siqaretlə mübarizəyə aid Çərçivə Konvensiyasına 2005-ci ilin noyabrın 1-də qoşulması, tütün məmülatlarının reklamına qoyulmuş qadağa bu istiqamətdə müəyyən nailiyyətlərin əldə edilməsinə imkan yaradıb.Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, IREX-in İnternetin inkişafı və təlimi Proqramı (IATP) ilə «ELS» Müstəqil Araşdırmalar Mərkəzi (MAM) birgə sağlam həyat tərzinin təbliğatına öz töhfəsini verməyi qərara alıb və ÜST-nın may ayının 31-də elan etdiyi Beynəlxalq Tütünsüz Günə həsr edilmiş «Sağlamlığına, gələcəyinə, firavanlığına YOX DEMƏ!» aylıq kampaniyasına başlayıb. Kampaniya may ayında həyata keçirilir və mayın 31-də yekunlaşacaq. Kampaniyanın məqsədi sağlam həyat tərzinin təbliği, həyat üçün təhlükəli vərdişlərə alışma səbəblərinin və onlardan azad olma yollarının araşdırılmasıdır.
Bu kampaniya çərçivəsində:
– 2007-ci il may ayının 4-dən 31-dək IATP-nin texniki dəstəyi ilə http//forum.iatp.net ünvanında «Gənclər siqaret çəkməyin əleyhinədir yoxsa leyhinə?» beynəlxalq İnternet-forum keçirilir. Müzakirəyə IATP-nin postsovet məkanında yerləşən bütün ofisləri qatılmışdır.
– 2007-ci il may ayının 4-dən 11-dək «ELS» MAM-n könüllüləri tərəfindən «Gəncləri siqaret çəkmədən necə çəkindirməli?» mövzusunda sorğu anketləri tərtib edilib və Bakının orta və ali məktəblərində yuxarı sinif şagirdləri və tələbər arasında (cəmi 1800 nəfər) rəy sorğusu keçirilmişdir. Sorğu müasir gənclərin siqaret çəkməyə münasibətini öyrənməyə, onların bu vərdişə alışmaqlarının motivlərini aşkar etməyə və siqaret çəkməyə qarşı effektiv mübarizə yollarını işləməyə imkan verir. Sorğunun ilkin nəticələri cari ilin may ayının 17-də Beynəlxalq Mətbuat Mərkəzində kampaniyanın prezentasiyası zamanı təqdim olunmuşdur.
– «ELS» MAM-n könüllüləri tərəfindən siqaret çəkməyə qarşı reklam vərəqələri işlənilib və IATP-nin köməkliyi ilə çoxaldılıb
– 2007-ci il may ayının 22-də IATP-nin Bakı ofisində «Gəncləri siqaret çəkmədən necə çəkindirməli?» mövzusunda debatlar keçirilmişdir. Debatlarda yuxarı sinif şagirdləri, tələbələr, «ELS» MAM-n könüllüləri və İATP-nin təmsilçiləri iştirak etmişlər. Tədbirin gedişatı Space müstəqil televiziya kanalı tərəfindən çəkilmişdir
– 2007-ci il may ayının 22-də Bakının küçələrində və Heydər Əliyev adına parkda «ELS» MAM-n könüllüləri tərəfindən tərtib etdikləri «Sağlamlığına, gələcəyinə, firavanlığına YOX DEMƏ!» tütünə qarşı reklam vərəqələrinin paylanması aksiyası həyata keçirilmişdir. Aksiyanın gedişatı Space müstəqil televiziya kanalı tərəfindən çəkilmişdir
– 2007-ci il may ayının 27-də Səhiyyə Nazirliyinin dəstəyi ilə Space müstəqil televiziya kanalında efirə getmiş «Sağlamlıq» verilişində kampaniyanın gedişatı işıqlandırılmış, keçirilmiş debatlar və tütünə qarşı reklam vərəqələrinin paylanılması aksiyası barədə süjet göstərilmişdir. Verilişdə «ELS» MAM-n rəhbəri İradə Yaqubova iştirak etmişdir.
– 2007-ci il may ayının 29-da Azərbaycanın Gənclər və İdman Nazirliyinin keçirdiyi gənclər təşkilatlarının birinci respublika sərgisində tütünə qarşı reklam vərəqələrinin paylanması aksiyası həyata keçirilmişdir
– 2007-ci il may ayının 30-da ÜST-nın bəyan etdiyi Beynəlxalq Tütünsüz Günə həsr olunmuş Dəyirmi Masa keçiriləcək. Tədbirdə keçirilmiş aylıq kampaniyaya yekun vurulacaq və sağlam həyat tərzinin təbliği və siqaret çəkməklə mübarizə istiqamətində gələcəkdə atılan addımlar müzakirə ediləcək
– 2007-ci il may ayının 31-də Azərbaycanın Gənclər və İdman Nazirliyinin keçirdiyi «Tələbə baharı» I-ci yaradıcılıq festivalında «ELS» MAM-n könüllüləri tütünə qarşı reklam vərəqələrinin yayılması aksiyasını keçirəcəklər
– 2007-ci il may ayının 31-də IATP-nin Bakı ofisində beynəlxalq İnternet-forumun gedişatında ən fəal olmuş Tacikistan iştirakçıları ilə videokonfrans keçiriləcək
– Kampaniyanın gedişatı kütləvi informasiya vasitələrində geniş işıqlandırılır

Əldə siqaret nədir? Sərbəstlik və igidlik, yaxud müasirlik əlaməti? Dəqiq məlum olan varsa, o da tütünün milyonlarla insanın ölümünə səbəb olması faktıdır. Ölüm necə ki yaşlıları, eləcə də cavanları yaxalayır və nəticədə uşaqlar yetim qalır, ölkə isə işçi qüvvəsini itirir.
Hazırda siqaret çəkmə dünyanı bürümüş qlobal problemlərdən biri sayıldığından, onunla mübarizə də beynəlxalq səviyyədə aparılır. 21 may 2003-cü il tarixində Cenevrədə tütünə qarşı mübarizəyə dair dünyanın 50-dən artıq ölkəsi, o cümlədən Azərbaycanın (1 noyabr 2005-ci il) təsdiq etdiyi Ümümdünya Səhiyyə Təşkilatınin (ÜST) Çərçivə Konvensiyasi qəbul edillmişdir.
ÖIümə səbəb kimi tütün dünyada ikinci, xəstəliklərin yayılması riskinin faktoruna görə isə dördüncü yeri tutur. Tütün və onun tüstüsündə 3000-dən artıq kimyəvi birləşmə var ki, onlardan 60-ı konserogendir, yəni hüceyrənin genetik materialını zədələmək iqtidarına malikdir.
ÜST-ın məlumatına görə, siqaret cəkmənin təsiri altında inkişaf edən, yaxud kəskinləşən 25-dən artıq xəstəlik mövcuddur (ürək-damar, ağ cıyər və onkolojı xəstəliklər). Xərçəngin digər növlərindən daha çox dünyada ağ ciyər xərçəngindən vəfat edirlər ki, buna da siqaret cəkmə səbəb olur. Siqaret cəkmə 2000-ci ildə inkişaf etmiş dövlətlərdə 35-70 yaş arasında kişilərin 30% vəfatının başlica səbəbidir.
Gün ərzində bir packa siqaret çəkən adam bioloji baxımdan mümkün olan radiasiya miqdarından 3,5 dəfədən artığını qəbul edir; elə həmin 20 siqaret (1 paçka) gün ərzində 200 rentgen şəkli miqdarında radiasiya verir.
Hazırda tütün dünyada hər onuncu yaşlı insanın ölümünə gətirib-çıxarır (ildə 5 milyona yaxın ölüm hadisəsi). Siqaret çəkmə sahəsində mövcud meyllərin saxlanılması 2020-ci ilə tütünün ildə 10 milyon ölüm hadisəsinə səbəb olacağından xəbər verir. Bu gün siqaret çəkən insanların yarısı (650 milyona yaxın insan) sonda tütündən vəfat edəcək. Siqaret çəkənlərin 10%-i, gün ərzində iki paçka çəkənlərin isə 15-20%-i xəstələnir və sonralar təhlükəli şişlərdən həlak olur. Valideynlərin siqaret çəkməsi uşağın ag ciyərinin inkişafını ləngidir və nəfəs sisteminin xəstələnməsinin riskini 20-80% artırır.
ÜST sübut etməyə çalışır ki, siqaret cəkmə reklam və sponsorluq vasitəsilə yayılan “yoluxucu” xəstəlikdir. Tütün şirkətləri hər il dünya üzrə idman yarışlarının sponsor dəstəyinə yüz milyonlarla dollar sərf edirlər. Bu yarışlar zamanı siqaretin reklamı və satışı siqaret cəkmə prosesinə gəncləri cəlb edir.
Bütün dünyada siqaret cəkməklə tütünün vurduğu zərərin izahına dair arasıkəsilməyən iş gedir, tütün məmulatlarının istehsalçıları buraxdıqları paçkaların üzərində siqaretin orqanizmə ziyan vurduğunu bildirməyə məçburdurlar, lakin siqaret çəkənlərin sayı azalmır. ÜST-ın məlumatına əsasən, bu gün dünyada 1,1 milyarddan çox siqaret çəkən var. Bu nə ilə bağlıdır? Və bu qlobal bəla ilə neçə mübarizə aparmaq lazımdır?
Məlumdur ki, sağlam həyat tərzinin təbliğatı üçün düşünülmüş siyasət və səfərbərlik, həmçinin tütün məmulatının istifadəsındən dəyən ziyanın izahına dair maarifçilik işinin aparılması zəruridir. Məhz bu məqsədlə 1988-ci ildə Ümümdünya Səhiyyə Assambleyasının 42-ci sessiyasında (WHA42.19 nömrəlı qətnamə) Ümümdünya Səhiyyə Təşkilatı tərəfindən hər il mayın 31-də qeyd olunan Tütünsüz Ümümdünya Günü elan edilmişdir. Bundan başqa, Siqaretdən İmtina Günü (Great American Smokeout) noyabr ayının üçüncü çərşənbə axşamı günü qeyd olunur. Bu tarix 1977-ci ildə Amerikanın Onkoloji Cəmiyyəti (American Cancer Society) tərəfindən təsis edilmişdir.

23.07.2008