Bölmə: Xəbərlər

Piyada mədəniyyəti İctimai Televiziyada

tv127 oktyabr 2009-cu il tarixində  İctimai Televiziyanın efirində “İşgüzar zaman” proqramının növbəti buraxılışı canlı yayımlanmışdır. Piyada mədəniyyətinə həsr olunmuş verilişdə ekspert qismində Baş Dövlət Yol Polisinin şöbə rəisi Ərəstun Məcidov, “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova, Nəqliyyat Nazirliyinin şöbə müdiri Namiq Həsənov və Azərbaycan Texniki Universitetinin dosenti Fərhad Eyyubov iştirak etmişdirlər. Davamı

27.10.2009

Operativ xəbərdarlıq sisteminin mövcud vəziyyəti İctimai Televiziyada müzakirə olundu

tv122 oktyabr 2009-cu il tarixində  İctimai Televiziyanın efirində “İşgüzar zaman” proqramının növbəti buraxılışı canlı yayımlanmışdır. Azərbaycan əhalisinin qaynar xətt nömrələri barədə nə dərəcə məlumatlı olmalarına həsr olunmuş verilişdə ekspert qismində Fövqəladə Hallar Nazirliyinin“112 qaynar xətt” xidmətinin rəhbəri polkovnik Fikrət Məcidov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ətraf mühitin mühafizəsi” departamentinin aparıcı məsləhətçisi Gündüz Əliyev, “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova və sosioloq Əhməd Qəşəmoğlu iştirak etmişlər. Davamı

22.10.2009

“Müasir enerjiqoruyucu texnologiyaların ölkəmizdə tətbiqinin monitorinqi” mövzusunda Dəyirmi Masa

elektro001“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2009-cu ilin oktyabr ayının 15 tarixində saat 12:00-13:00-da “Caspian Plaza” otelinin konfrans zalında “Müasir enerjiqoruyucu texnologiyaların ölkəmizdə tətbiqinin monitorinqi” mövzusunda Dəyirmi Masa keçirmişdir.
Tədbirdə Milli Məclis, Dövlət Gömrük Komitəsi, Sənaye və Energetika Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Təmiz şəhər” ACS, İcra Hakimiyyəti və digər rəsmi strukturlar, yerli QHT, beynəlxalq təşkilatların, o cümlədən KİV təmsilçilərinin iştirak etmişdirlər.  Davamı

15.10.2009

“Müasir enerjiqoruyucu texnologiyaların ölkəmizdə tətbiqinin monitorinqi” mövzusunda Dəyirmi Masa keçiriləcək

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2009-cu ilin oktyabr ayının 15 tarixində saat 12:00-13:00-da “Caspian Plaza” otelinin konfrans zalında “Müasir enerjiqoruyucu texnologiyaların ölkəmizdə tətbiqinin monitorinqi” mövzusunda Dəyirmi Masa keçirəcək.

Tədbirdə Prezidentin Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis, Dövlət Gömrük Komitəsi, Sənaye və Energetika Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, “Azərenerji” ASC, İcra Hakimiyyəti və digər rəsmi strukturlar, yerli QHT, beynəlxalq təşkilatların, o cümlədən KİV təmsilçilərinin iştirakı nəzərdə tutulub. Davamı

12.10.2009

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən koordinatorlara sonuncu treninq keçirilib

Kor1

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi «Exit-poll» tədqiqatı ilə bağlı koordinatorlar üçün sonuncu treninqini keçirib. İntervüer və supervayzerlərin toplanmasına və seçki günü onların fəaliyyətinə nəzarət funksiyasını həyata keçirəcək koordinatorlara bir daha tədqiqatın mühüm əhəmiyyət kəsb etməsi açıqlanıb. Seçki günü keçiriləcək «Exit-poll» tədqiqatında koordinatorların funksiyaları barədə söhbət aparılıb. İntervüerlərin seçicilərlə davranış qaydaları, tədqiqat zamanı anket və sorğu vərəqələrindən istifadə, qarşıya çıxacaq  problemlərin aradan qaldırılması ilə bağlı koordinatorların üzərinə düşən məsuliyyət barədə məlumat verilib. Treninqdə qeyd olunub ki, hazırda ölkədə seçki günü yaxınlaşdıqca insanlar «Exit-poll» və «Quick-count» tədqiqatı ilə maraqlanır və bu tədqiqatın aparılması qaydaları ilə tanış olmaqla yanaşı, həm də nəticələrin hansı şəkildə açıqlanacağını KİV-dən izləyirlər. Koordinatorlarla görüş zamanı həmçinin, seçki günü tədqiqat prosesində məlumatın ötürülməsi işində qüsurların olmaması ilə bağlı tövsiyyələr verilib. Davamı

11.10.2009