Bölmə: Xəbərlər

Ceyms Uorlik: Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesində irəliləyişin vaxtı çatıb

james_warlick_051113_02ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik çərşənbə günü Vaşinqtonda Karneqi Mərkəzində “Dağlıq Qarabağ: həll yolları” adlı məruzə ilə çıxış edib. O, “Twitter” səhifəsində əvvəllər qeyd edib ki, məruzənin müddəaları onun şəxsi nöqteyi-nəzərini yox, ABŞ-ın siyasi xəttini əks etdirir. Uorlik çıxışında bildirib ki, tərəflər o nöqtəyə gəliblər ki, indi onların mövqeyi gələcək fəaliyyət barəsində bir-birindən uzaq deyil. Davamı

8.05.2014

Beynəlxalq konfrans iştirakçıları Quba məzarlığını ziyarət ediblər

19c89f0531378e32e44c909f264782e6Bu gün Bakı Slavyan Universiteti və AMEA Rəyasət Heyətinin təşkil etdiyi “Azərbaycanşünaslığın aktual problemləri” adlı beynəlxalq elmi konfransın iştirakçıları Quba Soyqrımı Memorial Kompleksini ziyarət ediblər. APA-nın şimal bürosunun verdiyi xəbərə görə, qonaqlara ermənilərin azərbaycanlılara, eləcə də şimal bölgəsində yaşayan digər xalqlara qarşı törətdikləri kütləvi soyqırımı haqqında məlumat verilib. Davamı

7.05.2014

Azərbaycan təmsilçisi Dilarə Kazımova “Eurovision-2014” mahnı müsabiqəsinin finalına vəsiqə qazanıb

Eurovision-2014-DilareBu gecə Danimarkanın paytaxtı Kopenhagenin “B and V” arenanın səhnəsində “Eurovision-2014” mahnı müsabiqəsinin birinci yarımfinal konserti keçirilib. APA-nın məlumatına görə, “Eurovision-2014” şousunun aparıcıları Liza Ronne, Pilo Asbek və Nikolay Koppel bu mötəbər layihənin tamaşaçılarını salamlayıb, iştirakçılara uğurlar arzulayıblar. Sonra “Eurovision-2013” mahnı müsabiqəsinin qalibi olmuş Emmelie de Forest ona qələbə qazandıran “Only teardrops” mahnısını uşaqlarla birgə təqdim edib. Sonra müsabiqənin təşkilatçıları tamaşaçılara möhtəşəm şou nümayiş etdiriblər. Davamı

7.05.2014

“ELS” yeni layihəyə başlayır

els“ELS – Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi 2014-cü il mayın 1-dən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” adlı layihəsinə start verir. Davamı

6.05.2014