Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Heydər Əliyev prospektində – “Şəfa” stadionunun qarşısında avtomobillər və piyadalar üçün yeni tikilmiş yeraltı keçidin açılışında iştirak etmişdir. Davamı
Bölmə: Xəbərlər
XİN Azərbaycanın AŞ Nazirlər Komitəsində sədrliyinin prioritetlərini açıqlayıb
Azərbaycanın Avropa Şurası (AŞ) Nazirlər Komitəsində sədrliyi dövründə əsas prioritetləri korrupsiya ilə mübarizə, sosial məsələlər, Azərbaycana xas olan multikulturalizm, təhsil, xüsusən insan hüquqları sahəsində təhsil məsələləridir. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev bildirib. Davamı
ELS təbrik edir!
Bəstəkar və pedaqoq Oqtay Rəcəbov növbəti baharını qeyd edir
Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, professor, bəstəkar və pedaqoq, uşaq mahnılarının mahir yaradıcısı kimi tanınan Oqtay Rəcəbov bu gün 73 yaşını qeyd edir. “Anam Azərbaycan”. “Nəğmələr”, “Necə unudum səni?”, “Zəfəran”, “Daha nə istəyirsən” mahnıları ilə xalqın ürəyinə yol tapmış, Azərbaycan mədəniyyətini, musiqisini dünyaya tanıtmış sənətkar eyni zamanda uşaqlar üçün də musiqi əsərləri yazmış və bu gün ümumtəhsil məktəblərində tədris olunan bir çox musiqi dərsliklərinin müəllifidir.
O.Rəcəbov 20-dək filmə musiqi bəstələyib, beş simfoniya, üç opera, iki operetta, kantata, instrumental konsertlər, digər janrda əsərlər yazıb.
Artıq bir necə ildir ki, Oqtay Rəcəbov layihələrimizin həyata keçirilməsində dəyərli fikir və məsləhətləri ilə bizə kömək edir. Hər zaman səsimizə səs verən, bizdən öz yardımını əsirgəməyən, ömrünü Azərbaycan musiqisinin inkişafına həsr edən sənətkarı doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, yaradıcılığında yeni uğurlar arzulayırıq.
Elxan Süleymanov: “Sərsənglə bağlı problem ermənilərin bizə qarşı 1905-ci ildən bəri yürütdükləri soyqırım siyasətinin tərkib hissəsi kimi qəbul edilməlidir”
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) öz fəaliyyətini Azərbaycan dövlətinin və Azərbaycan xalqının milli maraqlarının təmin edilməsinə həsr etmiş, bu istiqamətdə bir çox layihələr həyata keçirmişdir. Bu kontekstdə AVCİYA-nın fəaliyyətində prioritet istiqamətlərdən biri ermənilərin Azərbaycan xalqına qarşı sistemli və davamlı şəkildə həyata keçirdiyi soyqırım cinayətləri, Ermənistanın ölkəmizə qarşı silahlı təcavüzü, işğal altında olan ərazilərdə xalqımıza qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti, müharibə cinayətləri, insanlığa qarşı cinayətlər haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması olmuşdur. Davamı
Azərbaycan prezidentinin oğlu: “Atam dərslərimlə hər gün maraqlanır”
“Universitetlə məktəbin fərqi çox böyükdür. Xeyli vaxtdır, burada oxuyuram, dərslər maraqlıdır. Mən imtahan verib, bura daxil olanda da ingilis dilini bilirdim. Burada isə bütün biliklərimi daha da möhkəmləndirmək istəyirəm. İndi ingilis dilini daha yüksək səviyyədə bilirəm. Gələcəkdə daha maraqlı dərslər olacaq”. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyevin oğlu Heydər Əliyev I kurs tələbəsi olduğu ADA Universitetindəki təhsilindən danışarkən deyib. Davamı


