Azərbaycanda 15 yaşdan yuxarı uşaqların 91,9% -i internetdən istifadə edir

İnternetdə zorakılıq, kiber hücum və rəqəmsal təqib halları İnternetdən istifadə edən 15-24 yaşlı Azərbaycan gənclərinin 97,5 faizi üçün real təhlükə yaradan amillərdir. Xəbəri Təhlükəsiz İnternet Günü ilə əlaqədar BMT-nin Uşaq Fonduna (UNİCEF) istinadən Trend İA yayıb.

BMT-nin Uşaq Fondunun ((UNİCEF) gənclər arasında keçirdiyi qlobal sorğusunun nəticələrinə görə, Azərbaycanda 15-24 yaşlarında oğlanların 96,8%-i internetdən istifadə edirsə, bu göstərici eyni yaşdakı qızlar arasında 98,3 faiz təşkil edir. Ümumiyyətlə, Azərbaycanda internetdən istifadə edən gənclərin faiz nisbəti dünya üzrə 70,6% orta göstəricidən yüksəkdir.

Bununla bağlı Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) azərbaycanlı uşaq və gənclərin maraqlı və məlumatlı rəqəmsal məkanlardan təhlükəsiz və səmərəli istifadəsinə əlverişli şərait yaratmaq üçün daha çox səy göstərməyə çağırır.

7.02.2019