Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının bu gün keçirilən iclasında monitorinq imtahanları ilə bağlı müzakirə aparılıb. APA-nın xəbərinə görə, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan dili, rus dili, riyaziyyat və ingilis dili fənləri üzrə monitorinq imtahanlarının nəticələrinə dair qısa statistik təhlil təqdim edib. Davamı
Bölmə: Xəbərlər
Prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin paylanmasına başlanılıb
2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb. Davamı
“ELS” Bakı təlimlərini başa vurdu
Aprelin 1-də axşam “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin Bakı, Sumqayıt və Abşeronda seçki günü “exit-poll” tədqiqatını keçirəcək intervüer və supervayzerlər üçün 3 gün davam edən treninqləri başa çatıb.
“ELS” regionlarda treninqləri başa çatdırdı
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin 2018-ci il Prezident seçkilərində keçirəcək “Ekzit-poll” (“еxit-poll”) tədqiqatı ilə bağlı bölgələrdə (Naxçıvan istisna olunmaqla) supervayzer və intervüerlər üçün 3 gün davam edən treninqləri aprelin 1-də axşam başa çatıb.
Prezident seçkiləri ilə əlaqədar 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərəcək
Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərəcək. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, prezident seçkiləri ilə əlaqədar 125 seçki dairəsi üzrə 5 426 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək. Beləliklə, ümumilikdə prezident seçkilərində seçicilər 5 641 seçki məntəqəsində səs verəcək. Davamı