Bölmə: Ana səhifə

“Nə qədər ki, Azərbaycan var, mən də varam!”

heyder-eliyevAzərbaycanın ümummilli lideri Heydər Əliyev yaşasaydı bu gün onun 92 yaşı taman olacaqdır. O, Azərbaycan xalqının tarixində müstəsna xidmətləri ilə iz buraxmış, müstəqil Azərbaycanı bizə miras qoymuş, 100 ildə bir dünyaya gələn  dahi bir şəxsiyyətdir. Dünya miqyaslı siyasətçi Heydər Əliyev yeni tariximizi yazmış, gündən-günə inkişaf edən bir məmləkətin qurucusu və hələ sağlığında adını tarixə qızı hərflərlə yazmış XX yüzilliyin dahisidir. Davamı

10.05.2015

Moskvada Qələbənin 70 illiyinə həsr olunan hərbi parad keçirilir

Ilham-Eliyev-paradRusiya paytaxtında – Qızıl Meydanda faşizm üzərində qələbənin 70-ci ildönümü münasibətilə hərbi parad başlayıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, parad müdafiə naziri, ordu generalı Sergey Şoyqunun tribunada dayanan prezident və ali baş komandan Vladimir Putinə raport verməsi ilə başlayıb.
Sonra Vladimir Putin çıxış edib.

Qələbə paradları tarixində ilk dəfə olaraq hərbi keçid Böyük Vətən müharibəsində həlak olan insanların xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.  Davamı

9.05.2015

Alman faşizmi üzərində qələbənin 70 ili tamam olur

1304937254_1241855095_9mayBu gün alman faşizmi üzərində tarixi qələbədən 70 il keçir. APA-nın məlumatına görə, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur. Qələbə günü münasibətilə ölkənin müxtəlif bölgələrində və paytaxtda tədbirlər keçirilir.

Qeyd edək ki, 1939-cu il sentyabrın 1-də Faşist Almaniyası ildırımsürətli “Barbarossa” planı əsasında Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da – Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb. Davamı

9.05.2015

Yenidən “Açıq dərs”dəyik

06.05.2015“Mənəvi sərvətimizi necə qoruyaq?”

Mayın 6-da ELS” Müstəqil Araşdırmalar Mərkəzi-İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təçkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində İctimai Televiziyanın “Açıq dərs” verilişində növbəti müzakirələr keçirilmişdir.

“Açıq dərs” studiyanın ekspertləri “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri, texnika elmləri üzrə fəlsəfə doktoru İradə Yaqubova, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, professor, bəstəkar Oqtay Rəcəbov, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə “Mənəvi sərvətimizi necə qoruyaq?”mövzusu ətrafında apardıqları maraqlı fikir mübadiləsi ilə yadda qalıb.Press-reliz FOTOQALEREYA Davamı

7.05.2015

ANONS! Mayın 6-sı ELS İctimai Televiziyanın efirində

06.05.2015-itvMayın 6-sı “ELS” Müstəqil Araşdırmalar Mərkəzi – İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Azərbaycan Təhsil Nazirliyi və İctimai Televiziya ilə birgə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində “Mənəvi sərvətimizi necə qoruyaq?” mövzusu ətrafında “Açıq dərs” verilişinin ikinci efiri yayımlanacaq. Ekspertlər “ELS” Müstəqil Araşdırmalar Mərkəzi Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova,  Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, professor, bəstəkar Oqtay Rəcəbov, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə, Milli Konservatoriyanın nəzdində Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov və studiyanın qonaqları ilə birgə maraqlı müzakirələr olmuşdur.

Beləliklə, çərşənbə günü axşam saat 19:00-da “Açıq dərs” verilişinin növbəti efirini  qaçırmayın!   FOTOQALEREYA     Davamı

4.05.2015