Bölmə: Ana səhifə

Azərbaycan prezidenti Rio Olimpiadasında iştirak etmiş idmançılarla görüşüb

Azərbaycan prezidenti Rio Olimpiadasında iştirak etmiş idmançılarla görüşübAzərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb. APA-nın məlumatına görə, görüşə toplaşanlar Azərbaycan prezidentini, xanımı Mehriban Əliyevanı və ailə üzvlərini hərarətlə qarşılayıblar. Dövlət başçısı görüşdə nitq söyləyib. Davamı

3.09.2016

Bir çox nəsillərin Kumiri

Oqtay_Zulfuqarov.Filosoflardan biri deyib ki, “Böyük işlər görmək üçün dahi ya da insanlardan üstün olmaq lazım deyil, onlarla olmaq kifayətdir”. Tək bu kəlmə ilə Yer kürəsindəki missiyası doğulduğunda təbiətlə ona verilmiş Oqtay Zülfüqarovu tam xarakterizə etmək olar. Uşaqlara bu sayda musiqi və mahnı bəxş etmək üçün onların yanında olmaq, hiss etmək, ən başlıcası isə sevmək lazımdır. Oqtay müəllimin uşaqlara olan qayğı və məhəbbəti qarşılıqlı idi, onlar da bəstəkarı sevir, onun əbədi yaşayacağını düşünürdülər. O, əbədiyyata qovuşdu, əbədi isə bir çox nəsillərin sevə-sevə dinlədiyi əsərlər olacaq. Hər birimiz “Biz onun mahnıları ilə böyümüşük”, – deyə bilərik və haqsız da sayılmarıq. Bu gün onun haqqında keçmiş zamanda danışmaq çox çətindir. Sözsüz ki, bu, milli musiqi mədəniyyətimiz üçün əvəzolunmaz itkidir. Oqtay müəllimin tələbə və pərəstişkarları onu gözəl müəllim, parlaq musiqiçi, bütünlükdə və təmənnasız olaraq özünü sənətə vermiş bir şəxsiyyət kimi xatırlayacaqlar. O, adi mahnılar deyil, uşaqlar üçün mahnı yazırdı. Uşaq musiqi dünyası xəyallarla doludur ki, bu da onu təkrarolunmaz edir. Bu həm mahnı, həm simfoniya, həm də opera və balet əsərləridir. Uşaqlar üçün mahnı bəstələyərkən musiqiçi çalışırdı ki, onun məzmunu maraqlı və başa düşülən olsun. Müxtəlif yaş kateqoriyasından olan uşaqların maraqlarını yaxşı bilən O.Zülfüqarov məktəb yaşına çatmamış uşaq üçün ayrı, məktəbli üçün tam başqa bir mahnı bəstələyirdi… Davamı

2.09.2016

Sabah referendumqabağı təşviqata start veriləcək

Secki menteqesiSabahdan Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar referendumqabağı təşviqat başlayacaq.

APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən referendum üzrə qeydə alınmış təşviqat qrupları tərəfindən referendumqabağı təşviqatın aparılması prosesi səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalanadək dayandırılır.

Sentyabrın 26-na təyin edilmiş referendumla əlaqədar bu proses sentyabrın 3-də başlanacaq, sentyabrın 25-i saat 8.00-da dayandırılacaq. Davamı

2.09.2016

Referendumla bağlı daha bir neçə mərhələ başa çatır

Sechki-qutuSentyabrın 26-na təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı refendumla əlaqədar daha bir neçə mərhələ bu gün başa çatır. Trend xəbər verir ki, Mərkəzi Seçki Komissiyası tərəfindən referendumun keçirilməsi ilə bağlı təsdiq edilmiş Təqvim Planına əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan, yaxud uzunmüddətli xarici ezamiyyətdə olan və Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliklərində, yaxud konsul idarələrində qeydə alınan seçicilərin sayı haqqında məlumatlar əsasında, göstərilən seçicilərin siyahıya salınması üçün müvafiq seçki dairələrinin siyahısının təsdiq edilməsi və dəqiqləşdirilməsi müddəti bu gün başa çatır. Davamı

1.09.2016

ELS yeni layihəyə start verib

els“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi sentyabrın 1-dən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ailə, qadın və uşaq problemlərinin həllində milli-mənəvi dəyərlərin rolunun gücləndirilməsi” layihəsinə start verib. Layihəyə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və İctimai Televiziya və Radio Yayımları Şirkəti qoşulublar.

Dekabrın 1-dək davam edəcək layihə cəmiyyətimizin özəyini təşkil edən ailələrin müasir dövrdə rastlaşdığı çətinliklərin araşdırılması, milli-mənəvi dəyərlərin qorunması istiqamətində ictimai müzakirələrin keçirilməsini nəzərdə tutub.

1.09.2016