Bölmə: Ana səhifə

Referendumda “Exit-poll” keçirmək istəyən təşkilatlar məlum oldu

seckilerSentyabrın 26-na təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumda “Exit-poll” keçirmək üçün dörd təşkilat Mərkəzi Seçki Komissiyasına müraciət edib.

MSK-dan Trend-ə verilən məlumata görə, müraciət edən təşkilatlar Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası, “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi, ELS Müstəqil Araşdırmalar Mərkəzi və Rəy Monitorinq Mərkəzidir.

MSK yaxın vaxtlarda həmin təşkilatların “Exit poll” keçirmək üçün qeydə alınması məsələsinə baxacaq.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası tərəfindən referendumun keçirilməsi ilə bağlı təsdiq edilmiş Təqvim Planına əsasən, səsvermədə “Exit poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul müddəti sentyabrın 6-da başa çatır.

6.09.2016

AŞPA referendumla bağlı Azərbaycana qiymətləndirmə missiyası göndərəcək

ASHPA_Parlament_AssambleyasiAzərbaycanda keçiriləcək referendumla bağlı qiymətləndirmə missiyası həyata keçirmək üçün 7 nəfərlik nümayəndə heyəti göndərəcək. AŞPA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu barədə bu gün Parisdə keçirilən büro iclasında qərar verilib. İclasda həmçinin Konstitusiyaya dəyişikliklərlə bağlı rəy verməsi üçün Venesiya Komissiyasına müraciət etməklə bağlı qərar qəbul edilib.

6.09.2016

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın ölkəmizdəki səfirliyində olub

İlham-Aliyev-23265Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Özbəkistan Respublikasının ölkəmizdəki səfirliyində olub. Dövlətimizin başçısı Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb. Prezident İlham Əliyev Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyevlə söhbət edib və ona başsağlığı verib.

5.09.2016

Referendumda “exit-poll” keçirmək üçün sənəd təqdim edilməsinə ayrılan vaxt başa çatır

Msk2015Sabah Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün sənəd təqdim etmələrinə ayrılan vaxt başa çatır.

APA-nın məlumatına görə, “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”na əsasən səsvermə gününə ən azı 20 gün qalanadək “exit-poll” keçirmək niyyətində olan təşkilatlar akkreditasiya üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.

Referendumla əlaqədar bu müddət sentyabrın 6-dək olan dövrü əhatə edir. Mərkəzi Seçki Komissiyası sentyabrın 16-dək “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul etməlidir.

5.09.2016

AŞPA-nın Büro iclasında Azərbaycanda keçiriləcək referendumla bağlı müzakirə aparılacaq

ASHPA_Parlament_AssambleyasiMilli Məclisin deputatları Avropa Şurası Parlament Assambleyasının  (AŞPA) Büro və komitələrinin iclaslarında iştirak etmək üçün Parisə səfər edəcəklər. Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sabah AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova qurumun Büro və Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclaslarında iştirak etmək üçün Parisə səfər edəcək.

Büro iclasında AŞPA-nın oktyabr ayında keçiriləcək 4-cü sessiyasının gündəliyi müzakirə olunacaq, Azərbaycanda keçiriləcək referendum, Moldovada və Bolqarıstanda prezident seçkiləri, Belarusda, İordaniyada, Mərakeşdə, Gürcüstanda, Monteneqroda parlament seçkiləri və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq. Davamı

3.09.2016