Aprelin 1-də axşam “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin Bakı, Sumqayıt və Abşeronda seçki günü “exit-poll” tədqiqatını keçirəcək intervüer və supervayzerlər üçün 3 gün davam edən treninqləri başa çatıb.
Daily Archives: 04/01/2018
“ELS” regionlarda treninqləri başa çatdırdı
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin 2018-ci il Prezident seçkilərində keçirəcək “Ekzit-poll” (“еxit-poll”) tədqiqatı ilə bağlı bölgələrdə (Naxçıvan istisna olunmaqla) supervayzer və intervüerlər üçün 3 gün davam edən treninqləri aprelin 1-də axşam başa çatıb.
Prezident seçkiləri ilə əlaqədar 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərəcək
Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərəcək. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, prezident seçkiləri ilə əlaqədar 125 seçki dairəsi üzrə 5 426 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək. Beləliklə, ümumilikdə prezident seçkilərində seçicilər 5 641 seçki məntəqəsində səs verəcək. Davamı
Regionlarda təlimlər davam edir
Aprelin 1-də “ELS”-ın təlimçiləri Quba, Qusar, Şabran, Siyəzən, Xaçmaz, Zaqatala, Balakən, Gəncə, Ağstafa, Qazax, Göygöl, Tovuz, Gədəbəy, Şəmkir, Daşkəsən, Samux, Goranboy, Yevlax, Kürdəmir, Lerik, Astara, Lənkəran, Biləsuvar, Neftçala rayonlarında “exit-poll” tədqiqatını aparacaq supervayzer və intervüerlər üçün təlimlər keçiriblər.
Bakıda “ELS”-ın təlimlər davam edir
Aprelin 1-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin 2018-ci il Prezident seçkilərində aparılacaq “Ekzit-poll” (“Exit-poll”) tədqiqatına hazırlıq işləri çərçivəsində “Ambassador Hotel”də intervüer və supervayzerlər üçün təşkil etdiyi təlimləri keçirilib. FOTOQALEREYA Davamı