“ELS” Bakı təlimlərini başa vurdu

Aprelin 1-də axşam “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin  Bakı, Sumqayıt və Abşeronda seçki günü “exit-poll” tədqiqatını keçirəcək intervüer və supervayzerlər üçün 3 gün davam edən treninqləri başa çatıb.

FOTOQALEREYA

Təlimdə “exit-poll” iştirakçılarına tədqiqat müddətində həyata keçirəcəkləri işlər barədə məlumat verilib. Seçimə düşən hər bir seçki məntəqəsində 2 intervüer «exit-poll» tədqiqatını aparacaq. Orta hesabla hər 5 məntəqəyə 1 supervayzer təhkim olunacaq. Ümumilikdə 85 supervayzer, 600 intervüer prosesə cəlb olunacaq.

1.04.2018