Daily Archives: 06/12/2015

Bakıda ilk Avropa Oyunlarına start verildi

1st_EUROPEAN_GAMESBu gün səhər saat 09:00-da Bakı Su İdmanı Mərkəzində sinxron üzgüçülərin mübarizəsi başlayıb. Təsnifat mərhələsində sərbəst hərəkətləri yerinə yetirəcək üzgüçülər Avropa Oyunları tarixinə mübarizəyə başlayan ilk idmançılar kimi düşəcək. Mərkəzin hovuzunda 20 duet mübarizə aparacaq. Onlar iyunun 15-də baş tutacaq final mərhələsinə vəsiqələrin sahiblərini müəyyənləşdirəcək.

Yarışların tarixində mübarizəyə qoşulacaq ilk idmançılar isə Belarus təmsilçiləri Anna Şulyina və Dominika Tsıplakova olacaq. Ardınca Slovakiya, Polşa, Macarıstan, İspaniya, Çexiya, Rusiya, Türkiyə, Ukrayna, idmançıları bacarığını nümayiş etdirəcək. Davamı

12.06.2015

“İlk Avropa Oyunları gənc rəssamların gözü ilə” layihəsi çərçivəsində sərgi təşkil edilib

Genc_ressamlar_mukafatIyunun 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə “İlk Avropa Oyunları gənc rəssamların gözü ilə” layihəsi çərçivəsində gənc rəssamların rəsm işlərindən ibarət sərgi açılıb.

Tədbirdə layihənin rəhbəri Samir Quliyev çıxış edərək layihə haqqında məlumat verdi, qeyd etdi ki, Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda təşkil olunan sərginin keçirilməsində əsas məqsəd “Bakı-2015” birinci Avropa Oyunlarının təbliğat kampaniyasına dəstək olmaq və gənc istedadlı rəssamların üzə çıxarılmasına təkan verməkdir. Davamı

12.06.2015