İyunun 3-də İctimai Televizyanın “Açıq dərs” verilişində “ELS” Müstəqil Araşdırmalar Mərkəzi – İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Azərbaycan Təhsil Nazirliyi və İctimai Televiziya ilə birgə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində “Uşaqların asudə vaxtının təşkili” mövzusu müzakirə olunub.
Ekspertlər “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri İradə Yaqubova, Təhsil Nazirliyinin təmsilçisi Maral Salmanova, Təhsil nazirliyinin tabeliyində olan Nizami rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin direktoru, əməkdar müəllim Lalə Qəti və Bakı şəhəri 34 saylı Texniki Yaradıcılıq Mərkəzinin direktoru Həsən Qaralov, həmçinin studiyanın qonaqları Azərbaycanda fəaliyyət göstərən məktəbdənkənar mərkəzlərin direktorları və şagirdləri mövzu ilə bağlı bir sıra aktual məsələlərə toxunmaqla tamaşaçılara maraqlı anlar yaşadıblar. FOTOQALEREYA Davamı


