Bu il aprelin 1-nə qədər Azərbaycanın zəlzələ baş vermiş şimal-qərb bölgəsindəki üç rayonda 3177 fərdi yaşayış evinin tikintisi başa çatdırılıb, 1915 evin isə tikintisi davam etdirilir. APA-nın xəbərinə görə, Azərbaycanın zəlzələdən zərər çəkmiş şimal-qərb bölgəsində aparılan tikinti-bərpa işləri ilə bağlı Fövqəladə Hallar Nazirliyinin bu il aprelin 1-nə olan statistikasında belə qeyd olunub. Davamı
Monthly Archives: April 2013
Azərbaycan Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına və siyasi partiyalara xəbərdarlıq edib
Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə və “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatları və siyasi partiyalar üzrə illik maliyyə hesabatları aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir. Davamı
MTRŞ sədri :“Gələcəkdə Azərbaycanda hər bir telekanalın üzərinə cizgi filmlərinin çəkilişi ilə bağlı məsuliyyət qoyulacaq”
“Milli Televiziya və Radio Şurasında (MTRŞ) cizgi filmlərinə maliyyə yardımın ayrılması ilə əlaqədar müzakirələr aparılacaq”. Bu açıqlamanı APA-ya MTRŞ sədri Nuşirəvan Məhərrəmli verib. Onun sözlərinə görə, uşaq filmləri və cizgi filmləri ilə əlaqədar məsələ rəhbərlik etdiyi qurumun ən ağrılı yerlərindən biridir: Davamı
Məhsəti Gəncəvinin dünyanın müxtəlif kitabxana və arxivlərində saxlanan əlyazma nümunələri Gəncəyə gətirilir
Məhsəti Gəncəvinin 900 illik yubileyi ilə əlaqədar ədibin vətəni Gəncədə geniş hazırlıq işləri görülür. APA-nın məlumatına görə, tədbirlərdə qonaqlara təqdim etmək üçün şairənin dünyanın müxtəlif kitabxana və arxivlərində saxlanan əlyazmalarının və miniatürlərinin bəzi nümunələri Gəncəyə gətirilir. Davamı
Tale Heydərov: “Azərbaycan Demokratik Respublikasının indiyədək bilinməyən yeni xəritələri tapılıb”
“Hazırda Azərbaycanın eramızdan əvvəlki dövrdən indiki dövrə qədər olan müxtəlif xarici xəritələrinin toplanması ilə məşğuluq. Bunları kitab kimi çap edəcəyik, dünyaya yayacağıq. İngilis və Azərbaycan dillərində olacaq, ehtiyac olsa, digər dillərə də tərcümə ediləcək”. APA-nın xəbərinə görə, bunu “New Baku Post” qəzetinə müsahibəsində Avropa Azərbaycan Cəmiyyətinin (AAC) prezidenti Tale Heydərov deyib. Davamı


