Monthly Archives: December 2012

Təbrik edirik!

Hemreylik_Gunu«ELS” Müstəqil Araşdırmalar Mərkəzi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə ölkədə və onun hüdudlarından kənarda yaşayan azərbaycanlıları, o cümlədən vətəndaş cəmiyyətinin üzvlərini təbrik edir və hər zaman həmrəy olmağa, dövlətçiliyimizi qorumağa və ölkənin milli maraqları üçün çalışmağa səsləyir.

 

 

 

 

 

 

 

 

 

 

 

Yeni_il_ilan«ELS” Müstəqil Araşdırmalar Mərkəzi qarşıdan gələn 2013-cü il münasibətilə Azərbaycan xalqını təbrik edir, əminamanlıq, uğurlar və can sağlığı arzulayır.

Əziz dostlar! Qoy Yeni il yeni planlar, yaradıcı ideyalar, xoş xəbərlər və uğurlarla zəngin olsun. Stabillik, etibarlılıq və inkişaf sizinlə əməkdaşlığımızın zəminidir. Sag olun ki, bizimləsiz! Biz sizin üçün çalışırıq!Yeni iliniz mübarək!

29.12.2012

Bu gün Azərbaycan Prezidentinin ad günüdür

Ilham_Eliyev_ad_gunuİlham Əliyevin 51 yaşı tamam olur

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin doğum günüdür. O, 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakıda orta məktəbdə oxuyub.1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olub. MDBƏİ-ni bitirdikdən sonra institutun aspiranturasına qəbul edilib, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi dərəcəsi alıb. Davamı

24.12.2012

“Susdu bülbülümüz”

Agabaci_Rzayeva_3Dekabrın 15-də Azərbaycanın ilk qadın-bəstəkarı Ağabacı Rzayevanın anadan olmasından 100 il ötür

Bu gün dahi Üzeyir bəy Hacıbəylinin tələbəsi, həm Azərbaycan, həm də bütün Şərqdə peşəkar musiqi təhsili almış ilk qadın-bəstəkar, əməkdar incəsənət xadimi, ictimai xadim Ağabacı xanım Rzayevanın anadan olmasından 100 il ötür. O, bu gün “Evimizə gəlin gəlir”, “Toy mahnısı”, “Barmağıma üzük tax”, “Çoban Qara”, “Muğan qızı”, “Neftçi Qurban”, o cümlədən 300-dən artıq mahnı, romans, xor əsərləri və instrumental janrda yazdığı musiqilərdə yaşayır.  Davamı

15.12.2012

Bu gün Rəşid Behbudovun ad günüdür

Reshid_Behbudov_1Görkəmli müğənni, ictimai xadim, vətənpərvər Rəşid Behbudovun əziz xatirəsi xalqın qəlbində həmişə yaşayır. Bu gün onun dünyaya göz açdığı gündür. Əslən Şuşadan olan sənətkar 1915-ci ildə Tiflisdə, vaxtilə bütün şərqdə tanınan xanəndə Məcid Behbudovun ailəsində dünyaya göz açıb. Davamı

14.12.2012

Azərbaycanın ilk qadin-bəstəkarının yubiley gecəsi keçirildi

Agabaci_Rzayeva_06Dekabrın 10-da Rəşid Behbudov adına Mahnı Teatrında dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin tələbəsi, həm Azərbaycan, həm də bütün Şərqdə peşəkar musiqi təhsili almış ilk qadın-bəstəkar, əməkdar incəsənət xadimi, ictimai xadim Ağabacı xanım Rzayevanın anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirildi. Davamı

11.12.2012