Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) “quş qripi”nin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını nəzərə alaraq, bu gün ölkə üzrə növbəti monitorinqə başlayıb. Bu barədə APA-ya DBX-nin mətbuat xidmətindən məlumat verilib. Monitorinqə bu gün Abşeron Milli Parkında start verilib və Şabran, Salyan, Ağcabədi, Lənkəran rayonlarının milli parklarında da aparılacaq. Ev quşları arasında aparılacaq monitorinq isə respublikanın bütün rayonlarını əhatə edəcək. Davamı
Azərbaycanda “quş qripi” ilə bağlı növbəti monitorinqlərə başlanılıb
4.03.2012


