«ELS» Müstəqil Araşdırmalar Mərkəzi sentyabrın 19-da Dəvəçi rayonunda və Xızı rayonunun Şurabad qəsəbəsində «Exit-poll»a düşən seçki məntəqələrində iştirak edəcək intervüer və supervayzerlər üçün treninqlər təşkil olunub. Treninqlərin birinci mərhələsində keçirilinə təlimdə iştirak edən intervüer və supervayzerlərə funksiya və vəzifələri izah edilib. Davamı
Daily Archives: 09/27/2008
İntervüer və supervayzerlərin hazırlıq işi Göyçay və Kürdəmirdə davam etdirilib
«ELS» Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən sentyabrın 12 və 13-də Göyçay və Kürdəmirdə 15 oktaybr prezident seçkilərində «Exit-poll» keçirəcək intervüer və supervayzerlər treninqdə iştirak edib. Sentyabrın 12-də Göyçay rayonunda keçirilən treninqdə eyni zamanda Ağdaş, Ucar, Zərdab rayonlarının intervüer və supervayzerləri də cəlb olunub… Bu treninqdə iştirak edən intervüer və supervayzerlər seçki günü atacağı addımlar, funksiya və vəzifələri izah edilib. Treninq zamanı iştirakçıları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb. Təlimçilər tərəfindən müvafiq sənədlər treninq iştirakçılarına göstərilib və ondan istifadə qaydaları izah olunub. Davamı
«ELS» Müstəqil Araşdırmalar Mərkəzi Salyan və Neftçalada treninqlər keçirib
«ELS» Müstəqil Araşdırmalar Mərkəzi sentyabrın 13-də Salyan və Neftçala şəhərlərində «Exit-poll»da iştirak edəcək intervüer və supervayzerlər üçün treninqlər keçirib. İlkin olaraq Salyanda rayon ərazisində «Exit-poll»a düşən seçki məntəqələrində iştirak edəcək 12 intervüer, 3 supervayzer və 4 nəfər ehtiyat kimi nəzərdə tutulanlar treninqə cəlb edilib. Buradakı təlimlərə təlimçi kimi Nəzirməmməd Quliyev qatılıb. Eyni zamanda treninqdə «ELS» Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova da iştirak edib. Təlim zamanı Salyan rayonu üzrə intervüer və supervayzerlərə funksiyaları və vəzifələri izah edilib. Həmçinin onlara mövcud anket və sorğu vərəqələrinin formaları təqdim olunub. Treninqdə «Exit-poll» iştirakçılarının yekun siyahısı və dislokasiyası müəyyənləşib və sonda iştirakçıların sualları cavablandırılıb. Davamı


