Martın 30-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2018-ci il Prezident seçkilərində aparacaq “Ekzit-poll” (“Exit-poll”) tədqiqatı ilə bağlı “Ambassador Hotel”də treninqlərə başlayıb. Mərkəzin təlimçiləri eyni vaxtda regionlarda da təlimlər keçirir.
Bölmə: Slide
İlham Əliyev: “Əminəm ki, seçkilər ədalətli və şəffaf olacaq, Azərbaycan xalqının iradəsini əks etdirəcək”
Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu missiyasının rəhbəri xanım Korin Yonkeri qəbul edib. APA-nın məlumatına görə, söhbət zamanı Azərbaycanda qarşıdan gələn prezident seçkilərinin keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Davamı
Ali təhsil və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlayıb
Dövlət İmtahan Mərkəzi 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edib. DİM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu martın 29-dan aprelin 30-dək internet vasitəsilə aşağıdakı qaydada aparılır: Davamı
Los Ancelesdə 31 Mart – Azərbaycanlıların Soyqırımı günü ilə bağlı tədbir keçirilib
918-ci ildə Azərbaycan xalqına törədilmiş soyqırımının 100-cü ildönümü ilə əlaqədar Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunda geniş anma tədbiri keçirilib. Konsulluqdan APA-ya bildirilib ki, tədbirdə Azərbaycan icmasının üzvləri, müxtəlif xarici ölkələrin Los Ancelesdəki baş konsulları, tanınmış elm və mədəniyyət xadimləri, jurnalistlər, həmçinin dost yəhudi, türk, Pakistan, İran, Vyetnam və latino icmalarının rəhbərləri iştirak ediblər. Davamı
Rusiyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib, başsağlığı kitabı açılıb
Mehriban Əliyeva Rusiya səfirliyində matəm kitabına ürək sözlərini yazıb
Martın 28-də Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federasiyasının Kemerovo şəhərinin ticarət mərkəzində baş vermiş yanğında çoxsaylı insan tələfatı ilə əlaqədar Rusiyanın ölkəmizdəki səfirliyinə gələrək başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb. Davamı



