Sentyabrın 25-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 26 sentyabr 2016-cı il ümümxalq səsverməsi (referendum) zamanı həyata keçirəcək “Ekzit-poll” (“Exit-poll”) tədqiqatı ilə bağlı telefonçu və operatorlar üçün treninqlər keçib. Bundan əvvəl isə “Ekzit-poll” (“Exit-poll”) tədqiqatı ilə bağlı bütün ölkə ərazisində supervayzer və intervüerlər treninqlərə cəlb edilib.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalamışdır. FOTOQALEREYA Davamı


Mərkəzi Seçki Komissiyası Konstitusiyaya dəyişikliklərlə əlaqədar sentyabrın 26-a təyin edilmiş Referendumda “Ekzit-poll” keçirmək istəyən təşkilatların müraciətlərinə baxıb. MSK “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin 118 seçki dairəsində 400 seçki məntəqəsində “Ekzit-poll” keçirmək üçün qeydə alıb.
“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi sentyabrın 1-dən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ailə, qadın və uşaq problemlərinin həllində milli-mənəvi dəyərlərin rolunun gücləndirilməsi” layihəsinə start verib. Layihəyə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və İctimai Televiziya və Radio Yayımları Şirkəti qoşulublar.
