Bölmə: 2016

“ELS” növbəti dəfə treninqlər keçirib

telefoncular2016treninqSentyabrın 25-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 26 sentyabr 2016-cı il ümümxalq səsverməsi (referendum) zamanı həyata keçirəcək “Ekzit-poll” (“Exit-poll”) tədqiqatı ilə bağlı telefonçu və operatorlar üçün treninqlər keçib. Bundan əvvəl isə “Ekzit-poll” (“Exit-poll”) tədqiqatı ilə bağlı bütün ölkə ərazisində supervayzer və intervüerlər treninqlərə cəlb edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalamışdır. FOTOQALEREYA Davamı

25.09.2016

“ELS” treninqlər keçirir

Sentyabrın 17-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 26 sentyabr 2016-cı il ümümxalq səsverməsi (referendum) zamanı həyata keçirəcək “Ekzit-poll” (“Exit-poll”) tədqiqatı ilə bağlı bütün ölkə ərazisində supervayzer və intervüerlər üçün treninqlərə başlamışdır.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalamışdır. FOTOQALEREYA Davamı

19.09.2016

“ELS” Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınıb

Secki-Ekzitpoll2013Mərkəzi Seçki Komissiyası Konstitusiyaya dəyişikliklərlə əlaqədar sentyabrın 26-a təyin edilmiş Referendumda “Ekzit-poll” keçirmək istəyən təşkilatların müraciətlərinə baxıb. MSK “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin 118 seçki dairəsində 400 seçki məntəqəsində “Ekzit-poll” keçirmək üçün qeydə alıb.

Qeyd edək ki, Mərkəz 2008-ci ildən etibarən Azərbaycanda keçirilən Prezident, Parlament, bələdiyyə seçkiləri, həmçinin 2009-cu ildə keçirilən Referendum zamanı 118 seçki dairəsinin 800 məntəqəsində “exit-poll” tədqiqatı aparmışdır.

8.09.2016

ELS yeni layihəyə start verib

els“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi sentyabrın 1-dən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ailə, qadın və uşaq problemlərinin həllində milli-mənəvi dəyərlərin rolunun gücləndirilməsi” layihəsinə start verib. Layihəyə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və İctimai Televiziya və Radio Yayımları Şirkəti qoşulublar.

Dekabrın 1-dək davam edəcək layihə cəmiyyətimizin özəyini təşkil edən ailələrin müasir dövrdə rastlaşdığı çətinliklərin araşdırılması, milli-mənəvi dəyərlərin qorunması istiqamətində ictimai müzakirələrin keçirilməsini nəzərdə tutub.

1.09.2016

“ELS” Mərkəzi Seçki Komissiyasına müraciət edib

els“ELS” Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (Referendum) keçirilməsi haqqında Prezident İlham Əliyevin sərəncamına əsasən sentyabrın 26-a təyin olunmuş Referendum zamanı “Ekzit-poll” tədqiqatı keçirmək məqsədilə sənədlər paketini Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Azərbaycan Respublikası Seçki Məcəlləsinə 25.2.23-cü maddəsinə əsasən, “Ekzit-poll” keçirən təşkilatlar akkreditasiyadan keçmək üçün səsverməyə iyirmi gün qalmış MSK-ya müraciət etməlidir. Öz növbəsində MSK səsverməyə on gün qalmış həmin müraciətlərə dair  qərar verməlidir.

Qeyd edək ki, Mərkəz 2008-ci ildən etibarən Azərbaycanda keçirilən Prezident, Parlament, bələdiyyə seçkiləri, həmçinin 2009-cu ildə keçirilən Referendum zamanı 118 seçki dairəsinin 800 məntəqəsində “exit-poll” tədqiqatı aparmışdır.

1.09.2016