“Uşaq və yeniyetmələrin formalaşmasında psixoloji aspektlərin araşdırılması” mövzusu gündəmə çıxarıldı
Mayın 20-də ELS” Müstəqil Araşdırmalar Mərkəzi-İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təçkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində İctimai Televiziyanın “Açıq dərs” verilişinin növbəti buraxılışı yayımlandı.
“Açıq dərs” studiyanın ekspertləri “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri, texnika elmləri üzrə fəlsəfə doktoru İradə Yaqubova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təmsilçisi Aynur Veysəlova, Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, ailə psixoloqu Elnur Rüstəmov və Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Elnarə Baxışlı “Uşaq və yeniyetmələrin formalaşmasında psixoloji aspektlərin araşdırılması” mövzusu ətrafında maraqlı müzakirələr aparmışlar. Müzakirələrdə orta ümumtəhsil məktəblərinin psixoloqları və ali təhsil ocaqlarının tələbələri iştirak etmişlər. FOTOQALEREYA Davamı