
Oktyabrın 23-də “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin rəhbəri İradə Yaqubova İTV-də canlı yayımlanan “Yeni gün” proqramının qonağı olub. Canlı yayım zamanı 2014-cü il mayın 1-dən AR Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” adlı layihəsinin yekunu, o cümlədən Azərbaycanın tarixində ilk dəfə olaraq Mərkəz tərəfindən keçirilmiş “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsinin qalib mahnılarından ibarət disklərin buraxılışı və notların dərcindən söhbət gedib. VİDEO Davamı

Oktyabrın 22-də Sumqayıt şəhəri Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin 2014-cü il mayın 1-dən AR Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” adlı layihəsinin yekun təqdimatı keçirildi.
Oktyabrın 21-də “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi Beynəxalq Mətbuat Mərkəzində 2014-cü il mayın 1-dən AR Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” adlı layihəsinin yekun təqdimatını keçirmişdir.
“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi 22 oktyabr 2014-cü il tarixində saat 11.00-da Sumqayıt şəhər Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində (ünvan: Sumqayıt şəhəri, 5-ci mikrorayon, N.Nərimanov küçəsi) AR Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” adlı layihəsinin yekun təqdimatını keçirəcəkdir. 
