Hörmətli həmkarlar,

Yeni_ushaq_mahnilari-2013“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi 22 oktyabr 2014-cü il tarixində saat 11.00-da Sumqayıt şəhər Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində (ünvan: Sumqayıt şəhəri, 5-ci mikrorayon, N.Nərimanov küçəsi) AR Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” adlı layihəsinin yekun təqdimatını keçirəcəkdir.

Uşaq yaradıcılıq mərkəzləri, uşaq bağçaları və Sumqayıt şəhəri orta təhsil məktəblərinin təmsilçılərinin iştirakı ilə keçiriləcək tədbirdə layhənin yekun təqdimatı ilə yanaşı ELS-in 2013-cü ildə AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Yeni uşaq mahnıları – 2013” Ümumrespublika Müsabiqəsinin qalib mahnılarının not albomu və audiodiskdən ibarət toplumun təqdimatı və paylanılması nəzərdə tutulmuşdur.

Sizləri tədbirə dəvət edirik və inanırıq ki, uşaq mahnılarının yenidən gündəmə gəlməsində mühüm rol oynayacaqsınız.

16.10.2014