Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məktəbli formaları ilə bağlı məlumat açıqlayıb. Komitədən APA-ya daxil olan məlumatda bildirilir ki, komitəyə valideynlər tərəfindən məktəbli formalarının keyfiyyəti və təhlükəsizliyi barədə çoxsaylı müraciətlər gəlməkdədir. Belə ki, son günlərdə Bakı şəhərinin bir neçə ünvanında saxta əmtəə nişanlı, keyfiyyətsiz məktəbli formalarının satışının aşkar olunması və bunun qarşısının alınması istiqamətində görülmüş tədbirlərlə əlaqədar istehlakçılar məktəbli geyimlərinin istehsalı ilə məşğul olan təsərrüfat subyektləri barədə məlumatlar əldə etmək istəyirlər. Davamı
Bölmə: Xəbərlər
Rüstəm İbrahimbəyovun sənədləri MSK-ya təqdim
Bu arada Rusiyadan “sensasion İbrahimbəyov açıqlaması” gəlib
Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun sənədləri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunub.APA-nın məlumatına görə, sənədi MSK-ya Rüstəm İbrahimbəyovun Təşəbbüs Qrupunun üzvü Elman Məmmədzadə təqdim edib. R. İbrahimbəyovun sənədləri MSK-ya prezidentliyə namizədliyinin təsdiq olunması məqsədilə təqdim olunub. Davamı
Niyazi – 111
Bu gün Azərbaycanın məşhur dirijor və bəstəkarı Niyazi Tağızadə-Hacıbəyovun doğum günüdür. O, 1912-ci il avqustun 20-də Tbilisi şəhərində anadan olmuşdur. Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafı məhz Niyazinin adı ilə bağlıdır. Üzeyir Hacıbəyovun “Koroğlu”, Qara Qarayevin və Cövdət Hacıyevin “Vətən”, Fikrət Əmirovun “Sevil” operalarının, Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin dirijorluğunu da Niyazi etmişdir. Davamı
Elxan Süleymanov: “Sərsəng su anbarındakı vəziyyətlə bağlı Tərtərdə beynəlxalq konfrans keçiriləcək”
“Erməni tərəfi su anbarından birgə istifadə kimi hiyləgər ideya ortaya atıb və çalışır ki, bunu hər iki tərəfin dinc əhalisini sülhə hazırlama layihəsinin tərkib hissəsi kimi təqdim etsin”
Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası (AVCİYA) Ermənistan işğalı altında qalan Sərsəng su anbarı ilə bağlı layihə həyata keçirir. Mövzu ətrafında maraq doğuran sualları AVCİYA-nın prezidenti, millət vəkili və adı çəkilən layihənin rəhbəri Elxan Süleymanov cavablandırır Davamı
İlham Əliyevin prezidentliyə namizədliyi üçün imza toplanması başa çatıb
Yeni Azərbaycan Partiyası (YAP) prezident seçkilərində İlham Əliyevin prezidentliyə namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyasını başa çatdırıb. APA-nın partiyanın saytına istinadən verdiyi məlumata görə, YAP-ın rayon və şəhər təşkilatları tərəfindən Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq 40 mindən yuxarı seçici imzası toplanaraq partiyanın Seçki Qərargahına təqdim edilib. Davamı


